EURO 1,8463 TRY 0,2773
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:28.01.2020 12:37:21

Hizbullah lideri Qasim Süleymaninin qızını qəbul edib

İslamazeri.com xəbər verir ki,  İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı general Qasim Süleymaninin qızı Zeynəb Süleymani Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah ilə görüşüb.

Livan Hizbullahının baş katibi bu görüşdə  Süleymani haqqında deyib: "Allah-Taala Hacı Qasim Süleymanini cihad və şəhadətə tərəf yönəltdi və onun həyatını ən gözəl aqibətlə başa vurdu."

Zeynəb Süleymani cümə axşamı günü də Beyrutun cənub ətrafında yerləşən Zahiyyə bölgəsində Livanın mədəniyyət cəmiyyəti və Hizbullahın "Qadınların işləri üzrə qruplar"ının general-leytenant şəhid Qasim Süleymani üçün keçirdikləri mərasimdə iştirak edib.

Zeynəb Süleymani atası sui-qəsdə məruz qaldıqdan bir neçə gün sonra müsahibəsində Hizbullah Lideri Seyid Nəsrullaha “əmim” və “müqavimət lideri” deyə müraciət edərək atasının qisasını o alacağını bildirmişdi.

 Zeynəb Süleymani müsahibəsinin bir hissəsində Ayətullah Xamenei və Seyid Nəsrullahdan danışaraq  “Seyidin qəlbi qırılmamalıdır, əli titrəməməlidir, bilsin ki, uşaqları və mən bu yolda sona qədər yanında duracağıq. Əmim Həsən Nəsrullahın atamın qanının intiqamını alacağını bilirəm. Tramp və dünya bilsin atamın öldürülməsilə heç bir şey silinmədi, bizim hamımızı daha da canlandırdı. Siz, atamın rəqibi deyildiniz, ona görə raketlə vurdunuz. Ayətullah Xamenei və Seyid Həsən Nəsrullaha başsağlığı verirəm.”, 


Zeynəb Süleymani "əmisi" Seyid Həsənlə görüşdü - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəhidimiz dəfn edildi
    Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi ilə vida mərasimi keçirilib
     25.02.2020
    Ərəb şirkəti Bakı-Dubay reysində sərnişinləri erməni filmilə təxribata çəkir
    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir.
     25.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ