EURO 1,9408 NEFT 47,9
USD 1,7022 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:18.03.2017 12:20:15

Yəmən sahilində içərisində qaçqınlar olan gəmiyə zərbə endirildi.

İslamazeri.az-ın AFP-yə istinadən verdiyi xəbərə əsasən, hərbi vertolyot Yəmən sahilində içərisində somalili qaçqınlar olan gəmiyə zərbə endirib. Nəticədə 42 nəfər həlak olub. Bu haqda Yəmən sahil mühafizəsi xidmətinin əməkdaşı Muhəmməd əl-Əlay açıqlama verib.

Onun sözlərinə görə, ABŞ istehsalı olan “Apache” vertolyotunu idarə edən naməlum şəxslər Bab əl-Məndəb boğazının sahilindəki gəmiyə zərbə endirib.

Gəmini idarə edən dənizçinin sözlərinə görə isə, 80 qaçqın xilas ola bilib.

42 cəsəd aşkar edilib.”, - deyə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın (IOM) nümayəndəsi Coel Millman bildirib.

Həmin qaçqınların üzərlərində BMT-in Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi sənədlərin olduğu qeyd edilib. Onlar Yəməndən Sudana gedirmişlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının da başçılıq etdiyi ərəb koalisiyasının “Apache” vertolyotları var.


Yəməndə qaçqınları daşıyan gəmiyə zərbə endirildi: Onlarla ölü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “İŞİD 4-cü yaşını qeyd edə biləcək?” - Mütəxəssis rəyi
    Mütəxəssislər İŞİD "yerdə qalan ömrü" barədə məlumat verib.
     29.06.2017
    Səudiyyənin vəliəhdliyindən uzaqlaşdırılan şahzadə ev həbsinə məhkum edildi
    Səudiyyə Ərəbistanının vəliəhdliyindən uzaqlaşdırılan Məhəmməd bin Nayif ev həbsinə məhkum edilib.
     29.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ