EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:18.01.2018 11:25:42

Yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.

Bu barədə APA-ya yazıçı-dramaturq Firuz Mustafa məlumat verib. O, bildirib ki, N. Hacızadə uzun sürən xəstəlikdən sonra yanvarın 18-də dünyasını dəyişib.

 

Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.  

 

Nahid Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

 

Azərbaycan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru idi. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub.

 

Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib.  


Yazıçı-jurnalist Nahid Hacızadə vəfat edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalıyla bağlı etiraz aksiyası - VİDEO
    Aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və ətrafda yaşayan üzvləri iştirak ediblər.
     24.02.2018
    Amnesty İnternational-dan Fransaya Səud rejiminə silah satmaması üçün xəbərdarlıq
    Amnesty İnternstional təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.
     24.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ