EURO 1,8691 NEFT 51,72
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.01.2017 13:24:27

Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb.

Belə ki, Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb. Bu barədə Məhəmməd Həsənov özü Modern.az saytına məlumat verib.

O bildirib ki, xoş niyyətlə Bakı Slavyan Universitetinə gedibmiş.

“Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar.

”Qəbul etməyin, çıxıb getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam, mənimlə insafsızcasına rəftar etdilər”.

Məhəmməd Həsənov universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcəyini istina etməyib.

“Bir neçə il bundan qabaq universitet tərəfindən bir kitab nəşr olunmuşdu. Kitabın bir hissəsi mənim Milli Qəhrəmanlığımdan bəhs edir. O kitabı gətirib özlərinə qaytaracam. Bir universitet ki, öz Milli Qəhrəmanına bu cür hörmət edir, ona nə deyə bilərəm ki!. Amma bu məsələni bu cür də qoymayacam. Dəfələrlə təhsil naziri Mikayıl Cabbarovla görüşümüz olub. Məhz bu cür kobud münasibətə görə, universitetlə bağlı Mikayıl Cabbarova şikayət edəcəm”.


Universitet rəhbərliyindən Milli Qəhrəmana qarşı hörmətsizlik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yasamalda yanğın - VİDEO
    Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
     28.03.2017
    “Hizbullah” hərəkatı çox sayda “Nusra” terrorçusunu məhv etdi
    "Hizbullah" hərəkatı çox sayda terrorçunu məhv etdi.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ