1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:01.04.2020 16:54:56

Türkmənistanda “koronavirus” sözünə qadağa qoyulub.

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, ifadənin türkmən lüğətindən çıxarılması Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən pislənilib.

“Bu radikal addım türkmən vətəndaşların həyatlarını risk qarşısında qoyur,” deyə təşkilat bəyanat yayıb.

Dövlətin nəzarətində olan media orqanlarına "koronavirus" sözündən istifadə yasaq edilib və söz hətta məktəblərdə və xəstəxanalarda paylanan səhiyyə broşürlərindən də yığışdırılıb.

AzadlıqRadiosunun Türkmən Xidməti xəbər verir ki, küçələrdə üz maskaları taxan, yaxud koronavirus haqda danışan adamlar mülki geyimli polislər tərəfindən həbs oluna bilər.

"İnformasiyanın inkar edilməsi ən çox türkmən vətəndaşları risk qarşısında qoyur, lakin bu, həm də Prezident Qurbanqulu Berdimuxamedovun avtoritarizmini gücləndirməyə xidmət göstərir,” Sərhədsiz Reportyorların Şərqi Avropa və Orta Asita üzrə nümayəndəsi Jeanne Cavelier bildirib.

Türkmənistan hökuməti iddia edir ki, İranla sərhəd ölkədə bir nəfər də koronavirusa yoluxmayıb.

Sərhədsiz Reportyorların mətbuat azadlığı üzrə indeksində ən son yerdə qərar tutan Türkmənistan dünyanın ən qapalı ölkələrindən biri sayılır.


Türkmənistanda “koronavirus” sözünə QADAĞA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda karantin rejimi və komendant saatı ləğv edildi
    Gürcüstanda yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
     23.05.2020
    Beynəlxalq Qüds Günü münasibətilə tele-mitinq keçirilib
    Beynəlxalq Qüds Günü münasibətilə 20-də çox İctimai Birlik və təşkilatın iştirakı ilə tele-mitinq proqramı təşkil edilib.
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ