1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:23.05.2020 00:57:52

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Stefan Şennak yaydığı bəyanatda bildirib.

“Türkiyə və Azərbaycandakı mövcud vəziyyət qəbuledilməzdir. Hər iki üzv ölkədə ifadə azadlığı, o cümlədən media azadlığı illərdir pozulur. Buna görə də həm Türkiyəni, həm də Azərbaycanı Avropa Şurası tərəfindən müəyyən edilmiş standartlara riayət etmək və təşkilatımızın təbliğ etdiyi dəyərlərə sadiq qalmaq məqsədilə jurnalistlərə qarşı bu hücumları təcili olaraq dayandırmağa çağırıram".

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Stefan Şennak yaydığı bəyanatda bildirib.

Stefan Şennak bu gün uzun illərdir müşahidə olunan dəhşətli fenomen - xüsusilə Türkiyədə və Azərbaycanda jurnalistlərin həbsi - barədə narahatlığını ifadə edib. 

Bəyanatda Azərbaycanda hazırda 10 jurnalistin həbsdə olduğu və onların bir neçəsinin uydurma ittihamlarla həbs olunduğu qeyd edilib. "Yüksəliş Naminə" qəzetin baş redaktoru Elçin Məmməd 30 mart 2020-ci il tarixində "zinət əşyalarını oğurladığına görə" saxlanılıb. O, 2015-ci ildən bəri dəfələrlə məhkəmə və ya polis istintaqına cəlb olunub, dindirilib, evində və ofisində axtarışlar aparılıb. Hazırda onu 7 ilədək həbs cəzası gözləyir.

Bundan əlavə Kanal 24-ün jurnalisti və bloger İbrahim Vəzirov polisin ondan COVID-19 pandemiyasının sosial və iqtisadi təsirləri ilə əlaqədar reportajlarını silməsini tələb etməsindən bir neçə gün sonra, 13 aprel 2020-ci il tarixində həbs olunub. Jurnalist həbsindən əvvəlki həftələrdə hökumətin karantin tədbirlərini tənqid edən video reportajlar hazırlayıb.

Bənzər hadisə karantin tədbirləri nəticəsində maliyyə çətinlikləri ilə üzləşən insanlarla müsahibələr dərc edən Reportyor.info saytının müxbiri Mirsahib Rahiloğlu da üzləşib. O "karantin qaydalarını pozmaq" ittihamı ilə 30 gün müddətinə həbs olunub.

Bundan əlavə 7gun.az onlayn qəzetinin əməkdaşı Natiq İzbatov da karantin rejiminin yaratdığı iqtisadi və sosial təsirləri barədə reportaj hazırayarkən həbs olunub. O, jurnalist kimi fəaliyyət göstərməsinə icazə verən rəsmi sənədlərinin olmasına baxmayaraq, karantin qaydalarını pozduğuna görə 30 sutka həbs cəzasına məhkum edilib. Ona polis bölməsində hücum edildiyi, telefonunda axtarış aparıldığı və çəkdiyi görüntülərin silindiyi də bildirilir.

Stefan Şennak həmçinin Türkiyədə mətbuat və ifadə azadlığı məsələsinə də toxunub. O bildirib ki, AŞPA-nın yayımladığı "Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər" mövzusuna dair hesabatda Türkiyənin dünyada jurnalistlərin ən çox həbs oldunduğu ölkə olduğu qeyd edilib.

"Jurnalistlər məhkəməyə çıxarılana qədər onlar barəsində həbs qətimkan tədbiri seçilir və onlar aylarla bəzən illərlə həbsdə saxlanılır. Bu cür həbslər jurnalistlərin tənqidi reportajlarına görə siyasiləşdirilmiş hədəfə çevrilmələrinin nəticəsidir; bu, ifadə azadlığının. eləcə də jurnalistlərin azadlıq və təhlükəsizlik hüquqlarının açıq şəkildə pozulmasıdır" - deyə cənab Şennak bildirib.


Türkiyə və Azərbaycan Avropa Şurası standartlarına riayət etməlidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ