EURO 1,8477 TRY 0,2508
USD 1,7 RUB 0,0227
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:27.02.2020 12:50:42

Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 30 gündən 90-günə qədər artırılıb.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb.

O bildirib ki, vizasız gediş-gəlişi haqqında Sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə fevralın 25-də keçirilən “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın iclasında imzalanıb. 

İclasda həmçinin “Güzəştli Ticarət Sazişi” və Naxçıvana dəmir yollarının inşası haqqında razılaşmalar da daxil olmaqla 13 saziş və 1 birgə bəyannamə imzalanıb.

"İki ölkə vətəndaşları indiyə qədər qarşılıqlı olaraq 30 günə qədər turist kimi vizasız səyahət edə bilirdilər. Yeni sazişlə bu müddət 90 günə qədər artırılıb. Bunun nəticəsi olaraq gediş-gəlişlər asanlaşacaq, məhdudiyyətlər aradan qaldırılacaq. Çünki məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyə vətəndaşların şikayətlərinə səbəb olurdu”, – səfir bildirib.


Türkiyə ilə Azərbaycan arasında vizasız səyahət müddəti 90 gün oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda karantin günlərində oğrular kofe mağazasına girdilər - VİDEO
    Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə müraciət etdiyini söyləyir.
     09.04.2020
    Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkar olunub
    Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.
     09.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ