1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.11.2019 10:39:06

Tramp bu həftənin çərşənbə axşamı günü Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ankaranın Rusiyadan raket müdafiə sistemləri alması məsələsini qaldıracaq

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bildirib ki, Tramp bu həftənin çərşənbə axşamı günü Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ankaranın Rusiyadan raket müdafiə sistemləri alması məsələsini qaldıracaq.

Robert O`Brayan CBS tele kanalına müsahibədə Birləşmiş Ştatların Türkiyənin Rusiyadan S-400 sistemləri almasından “çox məyus” olduğunu deyib.

Onun sözlərinə görə, əgər NATO müttəfiqi bu sistemdən qurtulmasa, Türkiyə ABŞ sanksiyaları ilə qarşılaşa bilər. O`Brayan Trampın Ərdoğana bu mesajı verəcəyini bildirib.

Vaşinqton və onun müttəfiqləri S-400 sisteminin NATO sistemləri ilə bir araya gəlmədiyini, F-35 tipli döyüş təyyarələri üçün təhlükə yaratdığını və Rusiya kəşfiyyatına yardım edəcəyini hesab edir. Tramp administrasiyası Türkiyəni F-35 proqramından iyul ayında çıxarıb.

Ankaranın Rusiyadan raket müdafiə sistemləri alması Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-la münasibətlərdə gərginliyin artmasına səbəb olub.

Tramp bu həftənin cümə axşamı günü Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.(Voa)


Tramp Ərdoğanla görüşdə Rusiyadan raket sistemi alınması məsələsini qaldıracaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amerikalı jurnalistin muzdlularla bağlı sualına Azərbaycan Prezidentinin maraqlı cavabı
    İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
     25.10.2020
    Düşmənin döyüş texnikaları belə məhv edilərək geri çəkilməyə məcbur oldu - VİDEO
    Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.
     25.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ