EURO 2,0067 NEFT 75,07
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.03.2017 11:02:39

ABŞ Prezidenti ilə Almaniya Kanslerinin görüşü zamanı maraqlı anlar yaşanıb.

İslamazeri.az-ın “Politico”-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Donald Tramp Ağ evdəki fotosessiya zamanı Almaniya Kansleri Angela Merkelin əlini təkrarən sıxmayıb.

Danışıqlardan sonra iki ölkə liderlərinin Oval kabinetdəki fotosessiyası zamanı, jurnalistlər onlardan bir-birilərinin əllərini sıxmasını xahiş etsələr də, Tramp onların bu xahişinə əhəmiyyət verməyib. Merkel isə öz növbəsində həmkarına tərəf əyilərək, Trampdan onun əlini sıxıb-sıxmayacağı barədə sual verib. Lakin Tramp alman kanslerin də təklifinə heç cür reaksiya verməyib.

Qeyd edək ki, 2 ölkə lideri danışıqlardan öncə,  Tramp Merkeli qarşılayarkən onlar Ağ evin qarşısında bir-birilərinin əlini sıxaraq salamlaşıblar.

Bir sıra KİV-lər Trampın otaqdadı səs-küyə görə Merkelin təklifini eşitmədiyini istisna etməyiblər. Digərləri isə yazırlar ki,  ABŞ Prezidenti “Almaniya kanslerinin əlini sıxmaq istəməyib”.

Xatırladaq ki, cari ilin fevral ayında Yaponiya Baş nazirinin ABŞ səfəri zamanı Tramp və Sindzo Abe təxminən 20 saniyə bir-birilərinin əlini sıxmışdı.


Tramp Alman kanslerin əlini göydə qoydu - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ