EURO 1,8594 TRY 0,2534
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:24.03.2020 15:08:55

"İsraildə koronavirusa yoluxanların sayının tempi yüksəkdir, bir gündə 400 nəfər bu xəstəliyə yoluxub"

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, bu sözləri İsrailin baş nazir (əvəzi) Beynamin Netanyahu hökümətin növbədənkənar iclasında deyib.

Netanyahu sözlərinin davamında deyib ki, əgər İsraildə tədbir görülməsə, koronavirusa yoluxanların sayı 1 milyona çatacaq.

"Mən dünyada bu məsələ ilə bağlı nə baş verdiyini izləyirəm. Mən müxtəlif ssenariləri müqayisə edirəm, mütəxəssislərlə məsləhətləşirəm. Bizdə koronavirusa yoluxma sayının tempi çox yüksəkdir. Əgər keçən həftə 500 nəfər bu xəstəliyə yoluxmuşdusa, indi bizdə bu say 1600-dür. Belə çıxır ki, gələn həftə on minlərlə olacaq? Əgər tez bir zamanda bunun qarşısı alınmasa milyon insan koronavirusa yoluxacaq", -deyə Benyamin Netanyahu bildirib; İsrailin 7kanalı qeyd edir.

O sözlərinin davamında qeyd edib ki, bu templə İsraildə on minlərlə insan dünyasını dəyişəcək. Buna görə, tez tədbir görməliyik və izolyasiyanı gücləndirməliyik.

Qeyd edək ki, İsraildə bir gündə 400 nəfər koronavirusa yoluxaraq 1656 nəfərə çatıb.

Bu arada sionist rejimdə bir neçə nazir, deputat və dövlət işçisi də koronavirusa yoluxub.

Belə ki, Diaspor naziri Tsipu Xotoveli, maliyyə nazirinin müavini İsak Koen, nazirlər Tsaxi Aneqbi, Arye Deri, Betsalel Smotric, həmçinin deputatlar Ram Ben Barak və Alon Şuster koronavirusa yoluxduğu önə çəkilir.


Temp belə olsa İsraildə koronavirusa yoluxanların sayı milyon olacaq - Netanyahu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusu vecinə almayan  - Belarus...
    Yeni növ koronavirus epidemiyasının geniş yayıldığı ərazilərdən biri olan Avropada hər gün çox ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edilməkdədir.
     02.04.2020
    İsrail və Ərəb mediasının
    İran İslam Respublikası Ordusunun Strateji Araşdırmalar Mərkəzinin direktoru İran telekanalı vasitəsilə çıxış edib
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ