1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:06.12.2019 23:51:06

Tehranın bu həftəki İmam cüməsi Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd olub

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehranın bu həftəki İmam cüməsi Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd olub.

O İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xameneinin ölkədəki son olaylarda rolu olmayan amma toqquşmalarda həyatını itirən qurbanlara “şəhid” adı verilməklə maddi təzminat ödənilməsi lazım olduğunu əmr etdiyini xatırladan Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd “Ümidvaram bu həyatı rəhbərlik İran millətinin milli birliyini və bərabərliyini təmin olunmasına və düşmənlər ilə xarici kəşfiyyat servislərinin pis planlarının fiyaskoya uğramasına yol açar”, -deyə bildirib.

İmam cümə İranın enerji sahəsində bənzərsiz bir tutuma sahib olduğunu önə çəkərək “Ölkəmiz Asiya qitəsinin öndə gələn iqtisadi gücü vəziyyətinə gəlməlidir. Bu Ayətullah Xameneinin liderliyində şübhəsiz həyata keçəcəkdir.”, - deyə əlavə edib.

Benzinin bahalaşmasından danışan imam cümə deyib: “Yanacaq qiymətlərinin uyğun qiymətə tənzimlənməsi, ölkə iqtisadiyyatının böyüməsinə və sosial ədalətin inkişafına yolaçan qaçılmaz bir iqtisadi vacibatdır.”

“Büdcə ehtiyatlarında neft gəlirlərinin payı tədricən azaldılmalıdır”,-deyən Əbutorabifərd, hökümət ilə deputatların İslam İnqilabı Liderinin büdcə ilə bağlı təlimatını nəzərə almalı olduğunu qeyd edib.


Tehranın İmam Cüməsi iğtişaşlarda günahsız ölənlərə "şəhid" statusu verilməsindən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vətəni sevmək imandandır!
    Hər insan bir ana və atanın övladı olaraq dünyaya gəlir
     27.09.2020
    Erməni təxribatına cavab olaraq Ordumuzun əks-həmlə əməliyyatı uğurla davam edir
    Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumatında deyilir.
     27.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ