EURO 2 NEFT 58,18
USD 1,7001 RUB 0,0297
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.03.2017 08:15:38

Tehranın azərbaycanlı imam cüməsi Höccətül islam Kazim Siddiqi Gürcüstanda səfərdə olub

İslamazeri.com-a verilən məlumata görə, Gürcüstanda səfərdə olan Tehranın imam cüməsi höccətül islam vəl muslimin Siddiqi bir sıra mərasimlərə qatılıb.  Marneulidə yerləşən N.Nərimanov adına Mədəniyyət evində Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, Xanımlar xanımı Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə bayram tədbiri keçirilib. Din, ictimaiyyət, dövlət rəsmiləri və şəhərin sakinlərinin toplaşdığı tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, ölkəmizdə səfərdə olan Tehranın imam cüməsi  Kazim Siddiqi, İİR-nın səlahiyyətli səfiri Seyyid Cavad Şəhidi, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Marneuli rayon icra hakimi Merab Topçişvili, yerli ruhanilər, alimlər və digər məsul şəxslər də iştirak edib.

Tehranın İmam Cüməsi Kazim Siddiqi daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftisi, Dini Məsələlər üzrə Dövlət Agentliyi, İran İslam Respublikasının səlahiyyətli və fövqəladə səfiri və nümayəndə heyəti ilə görüşüblər.Heyət  Azərbaycanlı müsəlmanların kompakt yaşadığı şəhərdə İmam Əli (ə) və İmam Hüseyn (ə) adına məscidləri ziyarət etmiş, Əhli-beyt mədəni, maarif mərkəzi və İmam Rza (ə) adına dini elm mərkəzində din xadimləri və tələbələrlə görüş keçirdilər. Günün ikinci yarısı isə Gürcüstan Patriarxlığının Marneuli nümayəndəliyində rayonun baş keşişnin və Marneuli rayon İcra hakimi və bələdiyyə sədrinin dəvəti ilə isə İcra hakimiyyətinin binasında məsihi din xadimləri və dövlət rəsmiləri ilə bir araya gəldilər. Xrsitian din xadimi Höccətül islam Kazim  Siddiqi kimi din aliminin ölkəyə səfərini yüksək qiymətləndirib, dinlərarası münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirdilər. Hər iki görüşün sonunda Gürcü Provaslav kilsəsi və İcra Hakimiyyəti tərəfindən Gürcüstanda qonaq olan hörmətli din aliminə hədiyyələr təqdim olunub.


Tehranın azərbaycanlı imam cüməsi Gürcüstanda din xadimlərilə görüşdü - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Baş Qərargahının Rəisi Suriyaya gedib
    General Baqirinin Suriya Müdafiə Naziri və Baş Qərargah Rəisinin dəvəti ilə gerçəkləşən səfəri zamanı yüksək səviyyəli hərbi şəxslərlə yanaşı, Prezident Bəşər Əsədlə də görüşü gözlənilir.
     18.10.2017
    Bakıda 2-ci sinifdə oxuyan uşaq əməliyyat masasında öldü
    Faktla bağlı araşdırmalara başlanılıb.
     18.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ