EURO 2,0024 NEFT 64,66
USD 1,7 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:04.03.2017 12:28:38

Təbrizdə Qarabağa dair film nümayiş etdirilib.

İslamazeri.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Təbriz şəhərində Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına həsr olunmuş “Arazın dayaz günü” adlı 70 dəqiqəlik sənədli film nümayiş etdirilib.

Azərbaycan və fars dillərində hazırlanmış filmin müəllifi İranın gənc və istedadlı rejissoru Möhsün Hadidir. Filmdə Qarabağ həqiqətləri xronoloji ardıcıllıqla tamaşaçıya çatdırılır. Filmlə eyni vaxtda “Qarabağ həqiqətləri” kitabının təqdimatı olub. Kitabı professor Məhəmməd Pərğu və doktor Qafar Abdullahi fars dilinə tərcümə ediblər.

Filmin və kitabın təqdimatından sonra “ Təbriz” qəzetinin baş redaktoru Hamed Xısroşahinin aparıcılığı ilə konfrans keçirilib, Məhəmməd Pərğu, Möhsün Hadi, Azad Mütəfəkkiri, Akif Nağı, Eldəniz Quliyev, Rövşən Əhmədli, Aydın Qarabağlı, Növrəstə İbrahimova film və kitab haqqında fikirlərini deyiblər.

Həmin gün axşam Təbrizin ustad və gənc şairlərinin iştiraki ilə Qarabağa, Xocalıya həsr olunmuş “ Poeziya gecəsi” keçirilib. Ustad şair Muxtar Sədiməhəmmədi gecəni açaraq, Qarabağa, Xocalıya dair xoş sözlərini deyib, şeirlərini səsləndirib. Heyət üzvlərindən Akif Nağı, Rövşən Əhmədli, Eldəniz Quliyev, Növrəstə İbrahimova və digərləri səfərlərinin məqsədi ilə bağlı danışıblar.

Sonra şairlər İşrət Cabbarzadə Nəcmə “Qarabağ”, İbrahim Arbatan “Qarabağ”, Xanımaləm Şükrani “Vətən”, Cəfər Pürrəcəbi “Həsrət”, İbrahim İqbali “Sən gələn yolları yalar gözlərim”, Əyyub Şahbazi “Xocalı”, Xəliq Xiyabi “Qan ağlayır gözlər”, İbrahim Əmcəd “Xocalı qəmi”, Hacağa Hüseynzadə “Xocalı” və digərləri şeirlərini deyiblər. Təbrizin elm, mədəniyyət xadimlərindən Mehdi Nalbəndi, Ruhulla Mütəffəkkirazadi, Seyid Qasım Nazimi, Hüseyn Kuhistani, Əhməd Səttari, Hamed Xısroşahi və digərləri çıxış edərək Xocalı, Qarabağ dərdindən danışıblar.


Təbrizdə "Xocalı gecəsi"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər
    İŞİD-in üzvü olan 30 min xarici vəndaşdan 6 mini Afrika ölkələrindəndir
     11.12.2017
    Ramil Usubovdan yeni təyinat
    Daxili işlər orqanlarında yeni təyinat olub.
     11.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ