1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:18.03.2017 11:40:55

Suriya Xarici İşlər Nazirliyi Sionist İsrail rejiminin beynəlxalq hüquq, BMT bəyannamələri və Suriyanın milli suverenliyini açıq şəkildə pozmasına etiraz məqsədi ilə BMT Baş katibi və Təhlükəsizlik Şurasının sədrinə iki ayrı məktub göndərib...

İslamazeri.az-ın Suriyanın "əl-Əxbariyyə" TV kanalına istinadən verdiyi xəbərə görə, Suriya Xarici İşlər Nazirliyinin BMT Baş katibi və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktublarda sionist rejimin Suriyaya qarşı təcavüzkar mövqeyini haqlı çıxartmaq üçün irəli sürdüyü bəhanələrin beynəlxalq ictimai rəyə təsir etmək üçün dəyərsiz işlər olduğunu bildirib.

Sionist rejimin Suriyanın Qolan təpələri və Cənubi Livanın bir qismini işğal səbəbini açıqlamaqda hər dəfə uğursuz olduğuna toxunulan həmin məktublarda, BMT Baş katibi və TŞ-nın sədrindən sionist rejimin hücumlarını qınaması tələb olundu.

Suriya XİN həmçinin BMT-in sionist rejimdən Suriyada terrorçulara dəstəyinə son verərək, terrorçuluqla bağlı BMT TŞ-nın bəyannamələrini tətbiq etməsi və Qolan təpələrindən geri çəkilməsini istəməsi vurğulanıb.

Bu arada Suriya ordusunun müttəfiqləri "Əməliyyat Mərkəzi" də sionist rejimin cümə günü Suriya hava məkanını pozmasına etiraz məqsədi ilə hücumun Amerika və sionist rejimin silahlı terrorçulara dəstək kontekstində aparıldığını bildiriblər.

Məlum olduğu kimi, sionist İsrailin döyüş təyyarələri Homsun şərq ətrafında Palmira yolunda əl-Bəric bölgəsində bir hərbi bazaya hücum etmək istəmiş; Lakin Suriya ordusunun hava hücumundan müdafiə batareyaları təcavüzkar təyyarələrdən birini vurub endirmiş, digərləri isə ərazidən qaçmağa məcbur olmuşdular.

 

Həmçinin oxu: Suriya ordusu İsrailin hərbi təyyarəsini vurdu


Suriya İsraillə əlaqədar BMT-yə məktub göndərib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əcəl nədir?
     25.05.2017
    Fələstinlilər İsrail hərbi bazasına hücum ediblər
    Fələstinli vətəndaşlar İsrailin hərbi bazasına basqın ediblər.
     25.05.2017
    Allaha təvəkkül etsək qalib ola bilərik - Ayətullah Xamenei
    İran İslam İnqilabın Ali Dini Lideri İraqla 8 illik müharibə səbəbi ilə yaranan “Müqəddəs müdafiə” günləri barədə çıxış edib.
     25.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ