EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/

Yayınlanma tarixi:18.08.2016 00:12:14

"Bura kislorod zavodu olub. Axırdan-axıra kislorod qurtarandan sonra burdan oxuyan qız çıxıb"

Çəkiliş zamanı ən çox diqqətimizi çəkən bu sözləri müəllimlərinin təmənnasız dəstəyi ilə 692 bal yığan Aynur Babayevanın nənəsi Şəhla Babayevanın dilindən eşitdik. Aynur Babayevanın haqqında məlumat yayılan kimi  ailənin qonağı olduq. Mərkəzdən xeyli uzaq, tozlu, asfaltı olmayan, kələ-kötür yollar bizi Aynurun yaşadığı kənd Binəqədidəki zavodun həyətinə apardı. Nəhayət, günün qəhərmanı ilə tanış olduq. Aynur əsl hədəfinin 700 bal olduğunu desə də, Azərbaycan dilindən bir açıq sualı düzgün cavablamaması bu arzusunu ürəyində qoyur: "Müəllimlərim yaxşı oxuduğumu görüb məni pulsuz hazırlaşdırdılar. Mən də onların əməyini yerə vurmadım. Onları və ailəmi sevindirdim. İki ixtisas arasında qalmışam. Ya diplomatiyanı, ya da hüquq sahəsini seçəcəm". 314 nömrəli məktəbin tarix müəllimi Alıyev Ramal 10 ildir ki uşaq hazırlığı ilə məşğul olduğunu deyib: "Bu müddətdə bir neçə uşağı pulsuz hazırlaşdırmışam. Aynur ilk tələbədir ki, bunun qarşılığı bizə yüksək balla verdi. Qardaşı da ilkin sınaqdan yaxşı bal toplasa, onu da pulsuz hazırlaşdıracağıq". Aynurun anası Ruhiyyə Babayeva da qızından belə yüksək balı gözlədiyini diqqətə çatdırıb: " O gecə- gündüz dayanmadan oxuyurdu. Sınaqlardan da həmişə yüksək bal toplayıb. Biz 1999-cu ildən bu zavodda yaşayırıq. Aynur da burada anadan olub. Atası işləmir, mən də evdar qadınam. Maddi məsələlərdə Aynurun babası və əmisi bizə dəstək olur". (Qafqazinfo)


Yayımlanan xəbərlərin bütün hüquqları qorunur. Məlumatların, video ve şəkillərin istinadsız yayımı qadağandır.

Şərhlər

Bu məlumat şərh yazmaq üçün bağlıdır.

Səlahəddin Özgündüz: Ərdoğanla görüşdə fətullahçılarla bağlı xəbərdarlıq etmişdim
Türkiyə şiələrinin liderlərindən olan Şeyx Səlahəddin Özgündüz cümə xütbəsində Türkiyədəki hərbi çevrilişə cəhdlə bağlı çıxış edib
 18.08.2016
Zavodda böyüyüb yüksək bal yığan Aynurun evindən - Reportaj
"Bura kislorod zavodu olub. Axırdan-axıra kislorod qurtarandan sonra burdan oxuyan qız çıxıb"
 18.08.2016

Redaktorun seçimi

Çox Oxunanlar

  • GÜN
  • HƏFTƏLİK
  • AYLIQ