EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.04.2017 12:58:11

Türkiyə Prezidenti ABŞ-ın keçmiş prezidentini yalan danışmaqda ittiham edib.

İslamazeri.com-un “Al Jazeera” telekanalına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ın eks-prezidenti Barak Obama mövcud razılıqlara baxmayaraq, rəsmi Ankaranı aldadıb və Suriya kürdlərinin “Demokratik İttifaq Partiyası”na dəstək verib.

Ərdoğan “ABŞ administrasiyası YPG və PYD-yə qarşı münasibətini dəyişməyə və onları silahlandırmaqdan imtina etməyə hazırdır mı?” sualına cavab verib. “ABŞ Prezidenti Donald Trampla şəxsi görüş zamanı, biz bu məsələni müzakirə edəcəyik və (müvafiq) sənədləri (ona) təqdim edəcəm. ABŞ və Türkiyə arasında PKK ilə mübarizəyə dair razılıq var, (həmin sənəd) Obamanın prezidentliyi dövründə də qüvvədə idi. Lakin, təəssüf ki, o, PYD və YPG ilə mübarizə məsələsində Türkiyəni aldatdı. Ümid edirəm ki, ABŞ yeni administrasiyasının mövqeyi başqa cür olacaq və o, bu xətalarını təkrar etməyəcək.”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, “PKK terror təşkilatına və onun Suriya qanadları olan PYD və YPG-yə” son qoymağın vaxtı gəlib çatıb. Tramp Türkiyənin bu mövqeyi barədə məlumatlandırılıb. Ərdoğan qeyd edib ki, adıçəkilən qruplaşmalardan Suriyanın Raqqa şəhərinin azad edilməsi əməliyyatında istifadə ciddi səhv olar.

Bir terror təşkilatından digər terror təşkilatı ilə mübatizədə istifadə etmək olmaz. İŞİD terror təşkilatıdır, lakin PYD və YPG də həmçinin terrorçudur. Onlar da digərləri ilə yanaşı Türkiyənin milli təhlükəsizliyi üçün təhlükə mənbəyidirlər.”, - deyə Türkiyə Prezidenti qeyd edib.

O, əlavə edib ki, Türkiyə və ABŞ strateji həmkar və NATO üzrə müttəfiqdirlər, buna görə də onlar qarşılıqlı əlaqələrini gücləndirməlidirlər.

Qeyd edək ki, Ankara PYD və Suriya kürdlərinin özünü müdafiə qüvvələrini (YPG) PKK ilə əlaqəli terror təşkilatı hesab edir. Bununla bağlı Türkiyə əvvəllər dəfələrlə ABŞ-ı suriyalı kürdlərə silah verdiyi üçün tənqid edib. Rəsmi Vaşinqton isə onları İŞİD terror təşkilatı ilə mübarizədə öz müttəfiqi hesab edir.


Ərdoğan: Obama bizə xəyanət etdi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ