EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:06.07.2020 14:03:40

Qum Dini Elmlər Hövzəsinin müəllimlər cəmiyyəti bəyanat yayıb

Qum Dini Elmlər Hövzəsinin müəllimlər cəmiyyəti Səudiyyə Ərəbistanının “Əş Şərqul əvsət” qəzetində İslam Dünyasının şiələrinin ali dini mərcəi təqlidi Ayətullah Üzma Seyid Əli Sistaniyə qarşı  hörmətsizliyini pisləyən bəyanat yayıb.

İslamazeri.com "Az.shafaqna.com" xəbər verir ki, Qum Dini Elmlər Hövzəsinin müəllimlər cəmiyyəti bəyanatında qeyd edib ki, Səudiyyə Ərəbistanının “Əş Şərqul əvsət” qəzetinin şiə mərcəiyyətinin və İslam alimlərinin İraqın dini və milli mahiyyətinin qorunması, həmçinin bu xalqın siyasi birliyinin möhkəmləndirilməsi sahəsindəki rolu inkarolunmaz faktdır.

Bəyanatda vurğulanıb ki, şiə mərcəiyyəti illər boyu imperializmə və İngiltərə müstəmləkəçiliyinə qarşı mübarizə ilə İraqın azadlığı və istiqlaliyyətinin əsaslarını möhkəmlədərək alimanə idarəçiliyi ilə İraqın rəşadətli xalqını böhranlardan çıxarmasına yardım etmişdir.

“Bu arada İŞİD ilə mübarizədə müqavimət mehvərinin gücləndirilməsi və xalqın ümumi və könüllü səfəbərliyinə səbəb olan Ayətullah Sistaninin fətvası da böyük xüsusiyyətə malikdir.  İraq xalqı, İslam alimləri və İslam Ümmətinin tərəfdarlarının mərcəiyyətin mövqeyinə hörmətsizlik edənlərlə rəftar üzrə tələbi izlənilməli və bu yöndə cinayət edənlər məsuliyyətə cəlb olunmalıdırlar.”, - deyə Qum Dini Elmlər Hövzəsinin bəyanatında qeyd edilir.


Qum Dini Elmlər Hövzəsi Ayətullah Sistaninin müdafiəsinə qalxdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Prezidenti koronavirusla mübarizədə əldə edilən uğurdan danışıb
    Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.
     06.08.2020
    Livanlı nazir: Kifayət qədər maliyyə imkanlarımız yoxdur
    Bu fikri Livanın iqtisadiyyat və ticarət nazir Raul Nehme səsləndirib.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ