1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.11.2019 15:36:09

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşməsi nəticəsində vəziyyəti ağırlaşıb.

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşməsi nəticəsində vəziyyəti ağırlaşıb. Bu barədə hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib. O, İstanbulda “Avrasiya” klinikasında müalicə alan O. Gülalıyevin yanındadır.

İnfeksiyanın mənşəyi, ağ ciyərə necə düşməsi məlum deyil.

“Həkimlər əllərindən gələni edirlər, amma infeksiya barədə bir şey demirlər və heç bir proqnoz vermirlər”, - F. Gülalıyeva bildirib.

O, bu klinikada neyrocərrahiyyə əməliyyatı keçirmiş xəstənin müalicəsi üçün lazım olan hər şeyin olmasına şübhə ilə yanaşdığını deyib.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər. Gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gündən sonra  Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu İstanbul klinikasına göndərib.


Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vətəni sevmək imandandır!
    Hər insan bir ana və atanın övladı olaraq dünyaya gəlir
     27.09.2020
    Erməni təxribatına cavab olaraq Ordumuzun əks-həmlə əməliyyatı uğurla davam edir
    Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumatında deyilir.
     27.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ