EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.04.2020 10:45:53

Nyu-Yorkun qanunvericilik orqanının nüfuzlu üzvü Mark Levin bildirib ki, koronavirus qurbanlarını müvəqqəti olaraq şəhər parklarında dəfn etmək lazım gələcək.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, şəhərin meri Bill de Blazio şəhərə "müvəqqəti" dəfn yerlərinin gərək olduğunu təsdiqləyib, amma parkları müzakirə etməkdən qaçıb.

"Tezliklə biz "müvəqqəti dəfnlərə" başlayacağıq. Mümkündür ki, bunun üçün Nyu-Yorkun parklarından istifadə etməli olacağıq. Bəli, düz oxudunuz. Bir sırada 10 tabut olmaqla quyular qazılacaq", - Levin Twitter-də yazıb.

Bazar ertəsi jurnalistlər mətbuat konfransında bu barədə Nyu-York meri Bill de Blazionun fikirlərini öyrənməyə çalışıblar.

"Güman ki, müvəqqəti dəfnlər etməli olacağıq ki, sonra hər bir mərhumun ailəsi ilə məsələləri aydınlaşdıra bilək. Müvəqqəti dəfnlər üçün imkanlarımız olacaq, bundan artıq heç nə deməyəcəyəm", - de Blazio bildirib.

Öz növbəsində Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyib ki, şəhər hakimiyyətindən belə bir problem haqda bir kəlmə də eşitməyib.

"Şəhərin adamları parkda dəfn edəcəyi barədə heç nə eşitməmişəm", - Kuomo deyib.

Nyu-York ştatında koronavirusa yoluxanların sayı 131,916-ə, ölənlərin sayı 4,758-ə çatıb.

Ümumilikdə isə ABŞ-da koronavirus 10335 nəfərin həyatına son qoyub. Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. SARS-CoV-2 koronavirusunun təsbit olunduğu xəstələrin sayı isə təxminən 340 mindir.


Nyu-York: Koronavirusa görə ölənləri parkda dəfn edəcəklər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi
    Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.
     29.05.2020
    Restoran, kafe və çay evlərində xidmət saatları artırılır
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     29.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ