EURO 1,9369 NEFT 62,17
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.12.2016 11:18:58

Terror təşkilatının nümayəndəsi Suriyanın Hələb şəhərinin ordunun tam nəzarəti altına keçməsi haqda etiraf edib.

İslamazeri.az-ın AFP-yə istinadən verdiyi xəbərə əsasən, “Nusra Cəbhəsi” terror təşkilatına aid olan “Hərəkət Nurəddin əz-Zinki” terror qruplaşmasının nümayəndəsi etiraf edib ki, Hələb şəhərinin Suriya ordusunun tam nəzarəti altına keçməsi terrorçular üçün “böyük bir itkidir”.

Bu siyasi səviyyədə olan böyük bir itkidir. İnqilab (terrorçular Suriya hökumətinə qarşı apardıqları müharibəni məhz bu cür adlandırırlar - red.) üçün bu geri çəkilmədir və ağır geri dönüş nöqtəsidir.”, - deyə qruplaşmanın nümayəndəsi Yasser əl-Yussef bildirib.

Xatırladaq ki, ötən gün Hələb şəhəri terrorçulardan tam azad olunub və Suriya ordusunun tam nəzarəti altındadır. Bu haqda məlumatı ordu komandanlığından veriblər. XƏBƏRİ OXU: Hələb tam azad olundu: İnsanlar bayram edir - VİDEO

Qeyd edək ki, 4 avtobusdan ibarət karvan 150 nəfərdən ibarət terrorçuların son dəstəsini ötən gün axşam saatlarında şəhərdən çıxarıb.


“Nusra Cəbhəsi”ndən Hələb etirafı: Böyük itkidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Mikayıl Müşfiqin heykəlini 5 il emalatxanada saxlamalı oldum”
    Teymur Qəribov: "Öncələr insanlar eyiblərini örtərdilər, amma indi insan eybini açmaq, onu göstərmək maraqlı olub"
     21.01.2019
    Babək prospekti niyə deformasiyaya uğradı...
    Ötən ilin dekabr ayında istifadəyə verilən "Babək” prospektinin bir hissəsində çökmə baş verib.
     21.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ