EURO 1,8627 NEFT 51,65
USD 1,7025 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.03.2017 09:29:17

“Yol polisi Novruz tədbirlərinin keçirildiyi əraziləri nəzarətə götürüb və təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirəcək”.

Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, Novruz bayramı ərəfəsində paytaxtda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb:

“Yol polisi Novruz tədbirlərinin keçirildiyi əraziləri nəzarətə götürüb və təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirəcək”.

V.Əsədov bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin nəzərinə çatdırır ki, sabah keçirilən bayram tədbirləri ilə əlaqədar Qoşa Qala qapısı - Gənclər meydanı istiqamətində, eləcə də İçərişəhər, Qız Qalası və Qız Qalası ətrafı, həmçinin Dənizkənarı Milli Park, yəni Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə təhlükəsizliyin təmin edilməsi məqsədilə, tədbirlər tam başa çatana qədər məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.


Novruz bayramı ilə əlaqədar yollar bağlanacaq - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ən çox bahalaşan xidmətlər açıqlanıb - CƏDVƏL
    İstehlak səbətinə daxil olan xidmətlərdən aylıq ən çox qiymət artımı xaricə istirahət turlarında qeydə alınıb.
     26.04.2017
    İran: Trampın sözlərinə fikir vermək lazım deyil
    İran xarici işlər naziri ABŞ Prezidentinin bəyanatlarına münasibət bildirib.
     26.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ