O, facebook-da "Yaltaqlara dur deyək" səhifəsinin admini olub.

İslamazeri.az-ın məlumatına görə, Əbdül Əbilov dünən imzalanan əfv sərəncamı əsasında CÇM-dən azadlığa buraxılıb.
Qeyd edək ki, Ə.Əbilov facebook-da "Yaltaqlara dur deyək!" səhifəsinin admini olub. Ona 2014-ci il mayın 27-də məhkəmənin qərarı ilə 5 il 6 ay müddətinə həbs cəzası verilmişdi. Əbilov külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda günahlandırılıb.
Azadlıqdan məhrum edildikdən sonra sözügedən səhifə bağlanılıb.
Bloqqer həbsindən sonra Nida Vətəndaş Hərəkatına qoşulub. Beynəlxalq Amnistiya Təşkilatı Əbdül Əbilovu "vicdan məhbusu” kimi tanıyıb”.
"Nida" üzvü Əbdül Əbilov azadlığa çıxdı