EURO 1,9963 NEFT 51,11
USD 1,7008 RUB 0,0287
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.03.2017 17:25:36

NATO Baş katibi Yens Stontenberq Türkiyə və Avstriyaya müraciət edərək bəzi əməkdaşlıq proqramlarının əngəllənməsinə yol açan diplomatik böhranı həll etmələri üçün çağırış edib...

İslamazeri.az "Sözcü"yə istinadən xəbər verir ki, NATO üzvü olmayan lakin alyansla əməkdaşlıq edən Vyana rəhbərliyi Türkiyənin Avrop Birliyi üzvlük müzakirələrinin dayandırılmasını tələb edib və 16 aprel referandumu öncəsi Türkiyə siyasətçilərinin Avstriyada tədbirlərə qatılmasının əleyhinə mövqe nümayiş etdirib.

Türkiyə isə bu mövqeyə qarşı çıxaraq NATO üzvü olaraq Avropa ölkələri tərəfindən NATO çərçivəsində həyata keçirilən "NATO xarici ölkələrlə əməkdaşlıq proqramlarına" veto qoymuşdu.

Danimarkanın paytaxtı Kopenhagenə səfəri zamanı Stoltenberq "Çox bədbin bir vəziyyətdir. Bu bəzi əməkdaşlıq proqramlarının başlaya bilməyəcəyi mənasına gəlir... Onları əməkdaşlıq baxımından mənfi nəticələr verməməsi üçün bu problemin həllinə təşviq edirik", deyib.

NATO tərəfindən üzv olmayan ölkələrlə aparılan əməkdaşlıq proqramları bu ölkələrin alyansa yaxınlaşdırılmasını və siyasi dialoq kanallarının açılmasını nəzərdə tutur. NATO-nun üçüncü ölkələrə yönəlmiş əməkdaşlıq proqramları hərbi təlim verilməsini və bəzi mülki layihələri də özündə birləşdirir.


NATO-dan Türkiyəyə ÇAĞIRIŞ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın ruhaniləri Ayətullah Cəfər Sübhani ilə görüşüb
    Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov və yardımçısı Hacı Qurban Murquzov İran İslam Respublikasına səfər çərçivəsində din alimləri Hacı Məhəmməd Baqir Saivər və Hacı Davud Qəşəmi ilə birgə İslam dünyasının müctəhidi - mərcəi təqlid Ayətullah Cəfər Subhani ilə görüşüb.
     19.08.2017
    Bakıda zəncirvari qəza: “KaMAZ” minik avtomobillərinə çırpılıb
    Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
     19.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ