EURO 1,9459 NEFT 66,57
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.10.2017 11:23:10

Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda qeyd olunub.

Məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 , Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, oktyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 127 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlüknormanın 87 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 64 m3/s təşkil edərək, ongünlük normanın 60 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, oktyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Şirvanda 10, Bankədə 9 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 m (2016-cı il oktyabrın 13-də 400 sm), Şirvanda 263 sm, Salyanda 240 sm (2016-cı il oktyabrın 13-də 259 sm), Bankədə 208 sm (2016-cı il oktyabrın 13-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 sm (2016-cı il oktyabrın 13-də 115 sm) təşkil edir.


Azərbaycan çaylarında sululuq artıb - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Yaralanan hərbçinin vəziyyəti ağırdır” - Kəmaləddin Heydərov
    Fövqəladə hallar naziri Kamaləddin Heydərov Gəncə şəhərindəki yaşayış binasında partlayış baş verən binanın ərazisinə baş çəkib.
     20.11.2018
    Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
     20.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ