1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.10.2020 10:29:27

Qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi Ermənistanın təcavüzkar əməllərini qınayan və onu işğal etdiyi ərazilərdən çəkilməyə çağıran bəyanat qəbul edib.

İslamazeri.com rasthaber-ə istinadən xəbər verir ki, bəyanatda təşkilat erməni işğalı və təcavüzünü qınayaraq, zülm və işğalın məhvə məhkum olduğunu bildirib. 

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu və heç vaxt Ermənistana tabe olmadığı qeyd olunub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməyə çağırdığı qeyd edilib. 

BMT, həmçinin, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və s. beynəlxalq təsisatların oxşar qərarlarına, eləcə də beynəlxalq hüquqa əsasən, Ermənistanın işğalçı dövlət statusunda olduğu vurğulanıb. 

Təşkilat Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu istiqamətdə danışıqlara başlamağa çağırıb.


Müsəlman Alimləri Beynəlxalq Birliyi Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə çağırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu Bərdənin qisasını aldı - VİDEO 1
    Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Bərdədə mülki vətəndaşları hədəfə almasına cavab olaraq geniş əməliyyat keçirib.
     28.10.2020
    Gürcüstanda yaşayan müsəlmanlar Makronun İslama qarşı addımlarını qınadılar
    Emmanüel Makronun İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)-ə qarşı təhqiramiz addımını lənətləyirik!
     28.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ