EURO 1,9408 NEFT 47,9
USD 1,7022 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.03.2017 14:38:01

O, ayrı-ayrı adamları da işə düzəltmək məqsədilə onların ümumilikdə 30 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun məhkəməsi başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Bildirilib ki, o dəymiş ziyanı ödəyib.

İttihama görə, təqsirləndirilən N. Əhmədov zərərçəkmiş Rasim İsgəndərovu mühasib vəzifəsinə işə düzəldəcəyini deyərək, onun 5 min manat pulunu ələ keçirib, lakin vədinə əməl etməyib. N.Əhmədov ayrı-ayrı adamları da işə düzəltmək məqsədilə onların ümumilikdə 30 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Namiq Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur.


Millət vəkilinin qardaşı oğlu 2 il şərti cəza aldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “İŞİD 4-cü yaşını qeyd edə biləcək?” - Mütəxəssis rəyi
    Mütəxəssislər İŞİD "yerdə qalan ömrü" barədə məlumat verib.
     29.06.2017
    Səudiyyənin vəliəhdliyindən uzaqlaşdırılan şahzadə ev həbsinə məhkum edildi
    Səudiyyə Ərəbistanının vəliəhdliyindən uzaqlaşdırılan Məhəmməd bin Nayif ev həbsinə məhkum edilib.
     29.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ