1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.04.2020 14:26:46

Lüksemburq məhkəməsi ABŞ-ın tələbini rədd edərək ölkənin banklarında saxlanılan 1 milyard 600 min dolları İranın Mərkəzi Bankına qaytarılması haqqında qərar verib.

İslamazeri.com xəbər verir ki, Lüksemburq məhkəməsi ABŞ-ın tələbini rədd edərək ölkənin banklarında saxlanılan 1 milyard 600 min dolları İranın Mərkəzi Bankına qaytarılması haqqında qərar verib.

İran Mərkəzi Bakının sədri Əbdülnəsir Himməti bildirib ki, bu vəsait yaxın günlərdə İrana veriləcək.

Neft satışından əldə olunan bu vəsait ABŞ-ın Nyu-York məhkəməsinin sorğusuna əsasən Lüksemburq banklarında dondurulmuşdu. ABŞ iddia edirdi ki, İran Nyu-Yorkda törədilən 11 sentyabr terror aksiyasının təşkilatçılarından biridir. Birləşmiş Ştatlar Lüksemburq məhkəməsinə müraciət edərək bu ölkənin banklarında saxlanılan İrana məxsus vəsaiti müsadirə edib terror aksiyasında həlak olanların ailələrinə təzminat şəklində verilməsinə nail olmağa cəhd edirdi. Lakin Lüksemburq məhkəməsi işə baxdıqdan sonra qərara alıb ki, İranın 11 sentyabr terror aksiyasında iştirakını sübut edən dəlillər yoxdur. Ona görə də, İranın Lüksemburq banklarındakı vəsaiti azad olunmalı və Tehrana qaytarılmalıdır.

Ə.Himməti bildirib ki, bu vəsait İranda koronavirusla mübarizəyə və iqtisadiyyatın dirçəldilməsinə sərf ediləcək.

Azertac


Lüksemburq məhkəməsi ABŞ-ın İrana qarşı iddiasını qəbul etmədi və...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Prezidentindən Azərbaycan Prezidentinə təbrik məktubu
    İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
     26.05.2020
    Venesuela Prezidenti: Bizim şücaətli dostlarımız var!
    Nikolas Maduro İran yanacağını daşıyan ilk tankerin Venesuela sahillərinə daxil olmasından danışıb
     26.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ