EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:02.07.2020 15:04:13

Onun sözlərinə görə, belaruslar pandemiya dövründə siyasi sağlam düşüncə və xalq müdrikliyini nümayiş etdiriblər.

Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət mükafatlarının təqdimatı zamanı koronavirusa qarşı mübarizənin ön cəbhəsində çalışan həkimlərin işini xüsusi vurğulayaraq COVİD-19 üzərində qələbə qazandıqlarını elan edib.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Onun sözlərinə görə, belaruslar pandemiya dövründə siyasi sağlam düşüncə və xalq müdrikliyini nümayiş etdiriblər.

"Koronavirus infeksiyası səbəbindən ön cəbhədə həkimlər var idi. Bizim səhiyyə sistemi dayanıqlı çıxdı. Ancaq mübarizənin dərəcəsini aşağı salmırıq, hərçənd artıq bu gün demək olar ki, biz qalib gəlmişik. "COVİD-19" üzərində yekun qələbədən sonra bu gün hələ də vəzifə başında olan həkimlərimizlə mütləq ayrıca görüşəcəyik", - deyə prezident bildirib.

25 mayda Lukaşenko Belarusda epidemioloji vəziyyətin yaxşılaşdığını vurğulayaraq, "Allahın köməyi ilə" tezliklə koronavirus üzərində qələbə qazanacaqlarının proqnozunu vermişdi.

Ölkədə iqtisadi səbəblərdən sərt karantin məhdudiyyətləri tətbiq olunmurdu. Lukaşenko pandemiyanın onun ətrafında yaranmış çaxnaşmadan irəli gələn psixozdan daha pis olmadığını dəfələrlə bəyan etmiş, belaruslara xəstəliyi araq, hamam və traktorla işləməklə müalicə etməyi məsləhət görmüşdü. O, dəfələrlə tətbiq etdiyi məhdudiyyətlərə görə, Rusiyanı tənqid etmiş, rusları axmaq adlandırmış və başlarının xarab olduğunu demişdi.

Pandemiyanın başlanğıcından bəri, koronavirus infeksiyası Belarusun 62 424 sakinində aşkarlanıb: 398 xəstə vəfat edib, 47 553 nəfər sağalıb.


Lukaşenko: Koronavirusa qələbə çaldıq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Prezidenti koronavirusla mübarizədə əldə edilən uğurdan danışıb
    Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.
     06.08.2020
    Livanlı nazir: Kifayət qədər maliyyə imkanlarımız yoxdur
    Bu fikri Livanın iqtisadiyyat və ticarət nazir Raul Nehme səsləndirib.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ