1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:09.08.2020 15:36:06

Şənbə günündən səhər saatlarından başlayaraq Livan paytaxtı Beyrutda etirazlara start verilib.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, etirazlar böyüyərək günorta saatlarından sonra iğtişaşlara çevrilib. Belə ki, nazirlik və bank binalarına (4 bina) hücum həyata keçirilib.

ABŞ səfirliyi etirazçılara dəstək olaraq tvit atıb. Onlar dəyişiklik istəyən xalqın istəyinə müsbət cavab verilməsini istəyiblər. ABŞ-ın Beyrut səfirliyi tvitində  livanlıların 1/2-nin əziyyət çəkdiyini və dəyişliklik istədiyini və bunu dinləyən lider lazım olduğunu bildirib.

Polislər parlament binasına hücum edən dəstəyə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurmada bir polis öldürülüb, onlarla etirazçı yaralanıb.

İlkin məlumata görə, 17 nəfər etirazçı saxlanılıb.

Ehtiyatda olan hərbçilərin dəstəyilə etirazçılar XİN binasını ələ keçirərək, inqilab elan edib, lakin 3 saat sonra “inqilabçı”lar buradan qovulub. İğtişaşlarda 400-dən çox insanın yaralandığı önə çəkilir.


Livan; Nazirliklərə hücum, qarşıdurmalar, ABŞ səfirliyindən “dəstək tviti” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD terrorçuları maşına partlayıcı quraşdırarkən partladılar
    Hadisə nəticəsində 5 terrorçu ölüb.
     28.09.2020
    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO
    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
     28.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ