EURO 2 NEFT 58,18
USD 1,7001 RUB 0,0297
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.01.2017 17:46:57

Bu haqda onun vəkili Toğrul Babayev bildirib.

Qaradağ Rayon Məhkəməsi yanvarın 10-u sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddətinin uzadılmasına qərar verib.

Bu haqda onun vəkili Toğrul Babayev bildirib.

Müdafiə tərəfinin arqumentlərini qəbul etməyən məhkəmə prokurorluğun təqdimatını uyğun bilib. Sabiq nazirin məhkəməyə qədər həbs müddəti daha 2 aylığa uzadılıb.

 

Xatırlatma

 

Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.

Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - ötən il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Qaradağ Rayon Məhkəməsi avqustda keçmiş səhiyyə nazirinin məhkəməyə qədər 3 ay həbsdə tutulmasına qərar vermişdi. Həmin qərarda qeyd edilirdi ki, Ə. İnsanov xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoruna zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.

Oktyabrda sabiq nazirin həbs müddəti daha 3 aylığa artırılmışdı.

Həmin müddət sabah, yanvarın 11-də başa çatırdı.

Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla üzləşən sabiq nazir 11 il azadlıqdan məhrum olunub.


Əli İnsanovun həbs müddəti növbəti dəfə artırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Baş Qərargahının Rəisi Suriyaya gedib
    General Baqirinin Suriya Müdafiə Naziri və Baş Qərargah Rəisinin dəvəti ilə gerçəkləşən səfəri zamanı yüksək səviyyəli hərbi şəxslərlə yanaşı, Prezident Bəşər Əsədlə də görüşü gözlənilir.
     18.10.2017
    Bakıda 2-ci sinifdə oxuyan uşaq əməliyyat masasında öldü
    Faktla bağlı araşdırmalara başlanılıb.
     18.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ