Gündüz Cəfərov kimdir?

Hacı Gündüz Cəfərov kimdir?

Gündüz Cəfərov Mirzəli oğlu 1976 il aprel ayının 23-də Lənkəran rayonun Göyşəban kəndində  dünyaya gəlib.

Orta məktəbi Göyşəban kəndində oxuyub.

1994-cü ildə  Bakı İslam Universiteti Sumqayıt filialına daxil olub. Ali Təhsilini 1999-cu ildə bitirib.

1999- 2000-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.

Hərbi xidmətdən sonra Bakı İslam Universiteti Sumqayıt filialında fiqh, təfsir, ayətul əhkam dərslərindən müəllimlik edib.

2005-ci ilə qədər müəllimlikdən sonra Bakı İslam Universiteti Sumqayıt filialının şöbə müdirinin köməkçisi təyin edilir. 2013-cü ilə qədər bu vəzifədə çalışır. 

Ərəb və fars dillərini bilir.

Ayətullahül Üzma Fazil Lənkəraninin müavini Höccətülislam Əhməd Xudayinin tələbəsi olub (red: Azərbaycanda fəaliyyəti olarkən).

Qurani Kərimin transkripsiyası  və rəngli tərcüməsi kitabını tərtibləyib.  Əhməd Xudayinin "Vilayət hədisi" kitabını tərcümə edib. 

Dini təhsil, ərəb dili (dil, qrammatika) şəriətlə bağlı dərslərin tədrisində peşakar pedaqoqlardan sayılır.

Evlidir, 3 övladı var.

İlahiyyatçının  elmi fəaliyyəti davam edir. Bəhsi xaric dərsləri oxuyur.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ