EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:01.07.2020 16:26:42

Çeçenistan lideri Ramzan Kadırov Vladimir Putinin Rusiyanın ömürlük prezidenti seçilməsini təklif edib.

 O, bunu Konstitusiya dəyişikliklərinə dair referendum üçün rəsmilərlə görüş zamanı deyib. İslamazeri.com voa-ya istinadən xəbər verir.

“Mən həmişə demişəm ki, biz Vladimir Putini ömürlük prezident seçməliyik. Bu gün onu kim əvəz edə bilər? Qlobal miqyasda belə bir siyasi lider yoxdur. Fəxr etməliyik. Çeçenistan Respublikası bugünkü kimi tarixdə heç vaxt olmamışdı. Çünki bu gün qanunun aliliyi olan Rusiya Federasiyasının vətəndaşlarıyıq” – deyə, o qeyd edib.

Kadırov bildirib ki, Konstitusiyaya edilən hər hansı dəyişiklik sadəcə dəyişikliklər naminə təqdim edilmir. Bu, “dövləti və konstitusiyanı qorumaq üçün dövlətin mövqeyini gücləndirmək naminə” edilir. Çeçenistan rəhbəri düzəlişlərdən birinin Putinin prezidentlik müddətinin ləğvi ilə əlaqəli olduğunu və seçkidə qalib gələcəyi təqdirdə prezident seçilməsini davam etdirməsinə imkan verəcəyini dəqiqləşdirməyib.

“Bütün qohumlarıma və dostlarıma demişəm və deyirəm: hər birimiz gedib səs verməliyik. Kimsə düzəlişlərə səs vermək üçün ailəsi ilə birlikdə getməsə, deməli övladlarının taleyi onları maraqlandırmır” – deyə, o açıqlayıb. “Ailə institutunu gücləndirin. Konstitusiya övladlarımızı vətənpərvərlik, mənəviyyat, fiziki və intellektual cəhətdən inkişaf etdirməyimizə imkanı verir. Başqa nəyə ehtiyacımız var?” – deyə, Kadırov fikirlərini tamamlayıb.


Kadırov: İstəyərəm bu şəxs ömürlük prezident olsun

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Prezidenti koronavirusla mübarizədə əldə edilən uğurdan danışıb
    Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.
     06.08.2020
    Livanlı nazir: Kifayət qədər maliyyə imkanlarımız yoxdur
    Bu fikri Livanın iqtisadiyyat və ticarət nazir Raul Nehme səsləndirib.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ