EURO 1,8691 NEFT 50,95
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:03.01.2017 10:21:17

İsrail Baş naziri Benyamin Netanyahunun haqqında başladılan korrupsiya araşdırması çərçivəsində polisə 3 saat ifadə verdiyi qeyd edilib.

İslamazeri.az xəbər verir ki, Qərbi Qüdsdəki evinə dünən axşam gələn polislər Netanyahuya rüşvət aldığı istiqamətindəki iddiaları soruşub. İsrail polis təşkilatında korrupsiya cinayətlərilə mübarizə məqsədilə qurulan "Lahav 433" orqanından gələn polislərin sorğusunun 3 saat davam etdiyi bildirilib.

İsrail polisinin mətbuat xidmətindən edilən və "Yediot Ahronot" qəzetində dərc olunan bəyanatda "İsrail polisi iş adamlarından hədiyyələr qəbul etdiyi şübhəsiylə baş nazir Netanyahunu sorğulayıb. Baş nazirin Qüdsdəki iqamətgahında baş tutan istintaq 3 saat davam edib. Bu mərhələdə daha çox məlumat verməyimiz mümkün deyil" - ifadələrinə yer verilib.

"Haretz" qəzeti də Netanyahunun yüz min şekel (1 dollar = 3,85 şekel) məbləğində rüşvət aldığı barədə kifayət qədər məlumat toplandığını və polisin istintaqı ABŞ-lı iş adamı Ronald Lauderın ifadələrinə əsaslandığını yazıb. Xəbərdə Lauderin Netanyahuya bir dəst paltar hədiyyə etdiyini və oğlu Yairin xarici ölkə gəzintisinin xərclərini qarşıladığını etiraf etdiyi bildirilib. Polisin isə Lauderin Netanyahuya dediyindən daha çox bahalı hədiyyələr verdiyini düşündüyü ifadə edilib.

Digər tərəfdən, İsrail mətbuatında yer alan xəbərlərə görə, Netanyahu istintaq başlamazdan əvvəl verdiyi bəyanatda, "Mətbuatda, televiziya kanallarında və müxalifətdə bayram xəbərləri keçirildiyini eşidirik. Bayram etməzdən əvvəl gözləyin. Polis araşdırmadan heç bir nəticə əldə edə bilməyəcək. Siz bu iddialarınıza, biz isə İsraili idarə etməyə davam edəcəyik" - deyib.

İsrailin "Kanal 2" televiziyası ötən cümə günü istintaqın səbəbinin Netanyahunun biri İsrailli, digəri əcnəbi olmaqla iki iş adamından yüksək miqdarda rüşvət aldığı istiqamətindəki iddialar olduğunu irəli sürmüşdü. Netanyahunun korrupsiyaya yol verdiyinin dəqiqləşməsi halında vəzifəsindən istefa etməsi lazımdır.


İsrail Baş naziri Netanyahu 3 saat polisə ifadə verdi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyadan NATO-ya cavab: Biz ABŞ-dan fərqli olaraq terrorçulara yardım etmirik
    Rusiya XİN-i ABŞ-dan fərqli olaraq heç bir terror qruplaşmasına silah yardımı etmədiyini bildirib.
     28.03.2017
    Anar Məmmədovun əmlakına qoyulan həbsin götürüldüyü bildirilir
    «Garant Holding» və «Garant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur».
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ