EURO 1,8463 TRY 0,2773
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:26.01.2020 15:11:26

İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb, xəsarət alanlar var

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı avtobusun Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Bilzan kəndi ərazisindən keçən hissəsində “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. 

“Report” xəbər verir ki, hadisə zamanı “VAZ-2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və onların azyaşlı qızı Aysu Quliyeva ölüb. Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Qəza nəticəsində habelə “Mercedes-Benz” markalı sərnişin avtobusunun sərnişinləri, Bakı sakinləri - 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu xəsarət alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı xəsarət alan digər yaralılar təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparılıblar.


İsmayıllıda ağır yol qəzasında bir ailənin 3 üzvü ölüb - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəhidimiz dəfn edildi
    Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan hərbçisi ilə vida mərasimi keçirilib
     25.02.2020
    Ərəb şirkəti Bakı-Dubay reysində sərnişinləri erməni filmilə təxribata çəkir
    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir.
     25.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ