EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:14.11.2019 10:44:29

İsrailin təklif etdiyi atəşkəs "İslami Cihad" hərəkatı tərəfindən qəbul edilməsilə bağlı xəbərlər yayılıb

İsrailin təklif etdiyi atəşkəs "İslami Cihad" hərəkatı tərəfindən qəbul edilməsilə bağlı xəbərlər yayılıb.

İslamazeri.com xəbər verir ki, "İslami Cihad" hərəkatının "Qüds briqadası"nın sözcüsü Əbu Həmzə açıqlama yayaraq Netanyahunun atəşkəs üçün yalvardığını bildirib.

Onun sözlərinə görə, İsrail senzurası İslami Cihadın həyata keçirdiyi raket zərbələrinin həqiqətlərini gizlətməyə çalışsa da, İslami Cihad bu senzuranı qıra bilib; sosial mediadan israillilər raketlərin hara endirildiyini və hansı dağıdıcı gücə sahib olması haqda məlumatlara sahib olduqdan sonra məhz atəşkəs üçün müraciətlər  gəlməyə başladı. Əbu Həmzə bu həqiqətlərin bir neçə gün baş verəcəyi təqdirdə, əhalinin etirazlara çıxaraq Netanyahunu höküməti qurmasına, bir sözlə postundan salmasına səbəb olacaqdı. 

"Raketlərimiz sionistlərin ürəyinə sancıldıMüqavimətin silahı sionistlərin evlərini, infrakstruktura obyektlərini hədəfə aldı. Bu israilli rəislərin avantyurası üçün idi", -deyə İslami Cihadın hərbi qolunun sözcüsü bildirib.

Misirin "Al Hades" qəzetinin yazdığına görə, İslami Cihadın sözcülərindən olan Musab Əl-Bureym işğal rejim müqavimətin tələblərini yerinə yetirəcəyinə söz verdiyinə görə atəşkəs qəbul olunub. 

"Bu atəşkəs, müqavimətin son sözünü dedikdən və hücumlara qarşı bir şey edə bilmədikdən, Netanyahunun heybətini qırdıqdan və Fələstin xalqını müdafiə etdikdən sonra reallaşdı", -deyən Əl-Bureym İsrailin siyasi sui-qəsd addımlarına son verməyi və "Böyük Qayıdış" yürüşünə qatılanlara atəş açmamağı və embarqo ilə bağlı bir çox şərti qəbul etdiyini önə çəkib.

Qeyd edək ki, Qarşıdurma İsrail Ordusunun "İslami Cihad"ın hərbi qolunun komandirlərindən olan Əbu Atanı qətlə yetirməsindən sonra başlayıb. İslami Cihad tərəfindən İsrail hücumlarına cavab olaraq   400 raket atılıb, 77 nəfər xəsarət alıb, bütün məktəblər tətil edilib. Fövqəladə vəziyyət elan olunub və bir çox iş yeri fəaliyyətini durdurub. İsrail senzurasına baxmayaraq sosial media "İsraillilərin yerdə uzanaraq raketlərdən qorxması" və insanların acınacaqlı durumu ilə bağlı fotoları ilə dolub daşır. İsrail tərəfinin hücumlarında isə azı 34 nəfər həyatını itirib, 111 nəfər yaralanıb.


İslami Cihad: İsrail senzurasını qırıb həqiqətləri göstərməmiz Netanyahunu atəşkəs yalvarışına sürüklədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb
    Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     10.12.2019
    “Eurohome” Ticarət Mərkəzində yanğın - vertolyotlar cəlb edildi - VİDEO
    Xırdalan dairəsinə yaxın ərazidə yerləşən “Eurohome” Ticarət Mərkəzində yanğın baş verib.
     10.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ