EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.01.2018 11:34:43

İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin 13-cü iclası yekun bəyanat qəbul edərək işini başa vurub

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin Tehranda keçirilən 2 günlük iclası bu gün çərşənbə bir bəyanat qəbul edərək, öz işini başa vurub.

İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları bir bəyanat qəbul edərək, konfransın yüksək səviyyədə keçirilməsinə görə, İrana təşəkkür etməklə yanaşı, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımasını kəskin formada qınayıblar. Bəyanatda Trampın bu hərəkəti beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi təhdid habelə, fələstinlilərin hüquqlarının aşkar və kobud şəkildə pozulması adlandırılıb.

İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları Fələstin xalqının problemlərinin həllinə kömək etməyə hazır olduqlarını vurğulayaraq, bildiriblər: "Fələstin xalqının hüquqlarının təmin edilmədii xüsusilə, fələstinli didərginlərin öz torpaqlarına qayıtmadığı, Qüdsün paytaxt olması şərti ilə müstəqil Fələstin ölkəsinin yaradılmadığı zamana kimi müqavimət istənilən formasında fələstinlilərin qanuni haqqıdır."

Bu bəyanatda həmçinin, Yəməndə insani durumun acınacaqlı vəziyyət almasını kəskin formada qınanıb, Yəmən böhranı üçün siyasi həll yolunun tapılmasına, Yəmənin bütün nöqtələrinə humanitar yardımların çatdırılmasına təkid edilib.

İclas iştirakçıları habelə, Myanmanın Raxin vilayətində insan haqlarının kobud şəkildə pozulmasını qınayaraq, Myanma hökumətindən insan haqlarına hörmətlə yanaşmasını, insanların fundamental hüquqlarına riayət etməsini və irqi və dini ayrıseçkilikdən çəkinməsini istəyiblər.

Tehran iclasının yekun bəyanatında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən iqtisadi, ticarət, maliyyə və bank əməkdaşlıqlarının genişləndirilməsi üçün münasib şəraitin yaradılması məqsədi ilə İslam Həmrəyliyinə əsaslanan yeni iqtisadi sistem yaratmaları istənilib.

İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları yekun bəyanatda ABŞ prezidentinin rəngli dərililərə qarşı irqçi çıxışını da kəskin formada qınayaraq, İslam və terrorizmin bir biri ilə əlaqələndirilməsini  yolverilməz hesab ediblər.

İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin 14-cü iclası Mərakeşdə keçiriləcək.


İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin iclası işini başa vurdu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalıyla bağlı etiraz aksiyası - VİDEO
    Aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və ətrafda yaşayan üzvləri iştirak ediblər.
     24.02.2018
    Amnesty İnternational-dan Fransaya Səud rejiminə silah satmaması üçün xəbərdarlıq
    Amnesty İnternstional təşkilatının silahlı toqquşmalar bölməsinin rəhbəri Fransanın bu ölkələrə silah satışını dayandırmasına çağırıb.
     24.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ