EURO 1,8688 TRY 0,2733
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:14.03.2017 08:15:52

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Üseymin Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini azad etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Baş katib İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərindəki baş qərargahında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edərək beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə çağırıb.

Yusif bin Əhməd əl-Üseymin Ermənistanı Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmağa çağırıb. "Xocalı faciəsi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin nəticəsidir" – deyə baş katib bildirib.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi həmçinin İƏT ölkələrini Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırıb. 


"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir" - İƏT-in baş katibi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda 73 nəfər koronavirusdan sağalıb
    İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxmuş 73 nəfər sağalıb
     29.02.2020
    Nigeriya polisi Zəkzaki tərəfdarlarına atəş açdı: 2 şəhid
    Kaduna şəhərində polis güclərinin atəşi nəticəsində Nigeriya islamçılarından 2 nəfər şəhid olub.
     28.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ