EURO 1,8242 NEFT 51,96
USD 1,7022 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:12.01.2017 13:12:33

İraq Ordusu Mosul əməliyyatı çərçivəsində daha 4 məhəlləni İŞİD-dən xilas etdiyini bildirib...

İraq Ordusu Mosul əməliyyatı çərçivəsində daha 4 məhəlləni İŞİD-dən xilas etdiyini bildirib.

İslamazeri.az xəbər verir ki, "Rudaw" müxbiri Mosulun Yarimçə məhəlləsində şiddətli qarşıdurmaların yaşandığını bildirib.

Zubata kəndində İraq Ordusu ilə İŞİD arasında çıxan qarşıdurmada 60 İŞİD-linin öldürüldüyünü, terror təşkilatına aid 2 bomba quraşdırılmış avtomobilin partladıldığını bildirib.

Əməliyyatda koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD mövqelərini fasiləsiz bombardıman edib.

İraq Terrorla Mübarizə Briqadalarının isə Maliyə, Sadiq və Hədba məhəllələrinin nəzarəti tam təmin edib.

Bu arada, axşama doğru, İraq Federal Polisindən general-polkovnik Raid Şakir Cövdət tərəfindən verilən yazılı açıqlamada təhlükəsizlik qüvvələrinə tabe birliklərin Mosulun cənubundakı 4 məhəllənin hamısında nəzarəti təmin etdiyini açıqlayıb.

Mosuldakı əməliyyatın komandirlərindən general-polkovnik Əbdüləmir Yarullah şəhərin şimal hissəsində baş verən şiddətli toqquşmalar nəticəsində düşmənin ciddi itki verdiyini bildirib.

29 dekabrda başlanan Mosul Əməliyyatının ikinci mərhələsindən bəri Sadə, Tuvilə və Ərqobbazi kəndləri, o cümlədən digər bəzi kəndlər azad edilib.

İraq qüvvələri əməliyyatda indiyədək Mosulun şərq tərəfində təxminən 60 %-ında nəzarəti təmin edib.


İraq Ordusu Mosulun daha 4 məhəlləsini İŞİD-dən azad edib: 60 terrorçu öldürüldü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan və İran ruhaniləri arasında da əlaqələr genişlənir - FOTO
    Gürcüstanın baş nazirinin İrana rəsmi səfərilə iki ölkə arasında əlaqələrin genişlənməsindən sonra, iki ölkə ruhaniləri arasında da əlaqələr genişlənməkdədir
     23.04.2017
    Cəbhədə düşmən təxribatı davam edib
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
     23.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ