EURO 1,8477 TRY 0,2508
USD 1,7 RUB 0,0227
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.02.2020 15:41:36

İran səhiyyə naziri İranda koronavirusa yoluxanların sayını açıqlayıb

İran İslam Respublikasının səhiyyə naziri İranda koronavirusa yoluxanların sayının beş nəfər olduğunu bildirib. O, vurğulayıb ki, İranda koronavirus mütləq aradan götürüləcək.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin göstərişi ilə İranda koronavirusla bağlı profilaktika və mübarizə qərargahının yaradıldığını bildirən Səid Nəməki deyib ki, bu qərargahın məsuliyyəti səhiyyə nazirinin öhdəsinə düşür.

"Koronavirusla bağlı profilaktika və mübarizə qərargahının ilk iclası İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı, Passiv Müdafiə Təşkilatı, Böhranın İdarə Olunması Təşkilatının məsul şəxsləri və bir qrup nazirin iştirakı ilə təşkil olunub və bu xəstəliyin aradan qaldırılması üçün qərarlar çıxarılıb.", -nazir bildirib.

İran İslam Respublikasının səhiyyə naziri qeyd edib ki, cari ilin payızında qrip epidemiyasının aradan qaldırıldığı kimi koronavirus xəstəliyi də nəzarətə alınacaqdır.

Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi günü bildirib ki, Çinin tibbi məlumatlarına əsasən, xəstələrin səksən faizindən çoxunda yüngül əlamətlər var və onlar sağalacaqlar.


İranın səhiyyə naziri koronavirusla bağlı söz verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda karantin günlərində oğrular kofe mağazasına girdilər - VİDEO
    Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə müraciət etdiyini söyləyir.
     09.04.2020
    Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkar olunub
    Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.
     09.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ