1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.02.2020 12:31:57

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü açıqlama verib

İslamazeri.com  İran mediasına istinadən xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri nəticələrinin 178 seçki dairəsində qətiləşdiyini bildirib.

Seyyid İsmail Musəvi deyib bu haqda deyib: "208 seçki dairəsindən səslərin sayılışından sonra 178 seçki dairəsinin nəticələri qəti surətdə məlum olub."
" İndiyədək yeddi seçki dairəsinin işi ikinci tura çəkibdir. İri şəhərlərin nəticələri maksimum bazar gününədək elan olunacaq.", -deyə Musəvi əlavə edib.

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü bildirib ki, seçkilərdə iştirak miqdarı sonuncu seçki dairəsinin nəticələrinin elan olunması ilə elan ediləcək.

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri 208, Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkiləri isə beş seçki dairəsində cümə günü bütün İranda keçirilib.

Qeyd edək ki, ilkin məlumata görə, mühafizəkarlar seçkilərdə 70 faiz, islahatçıların namizədləri cəmi 10 faiz toplaya bilib, digər namizədlər isə bitərəf və müstəqil olaraq seçkilərə giriblər.


İranda seçkilərin nəticəsi: Mühafizəkarlar 70, islahatçılar cəmi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər dünyasını dəyişdi
    Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.
     07.04.2020
    Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı işdən çıxarıldı - VİDEO
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat verib
     07.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ