EURO 1,8627 NEFT 51,65
USD 1,7025 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.03.2017 23:58:44

Cənubi Xorasanın icra başçısı Əliəkbər Pərvizinin açıqlaması ruhanilərin etirazına səbəb olub

İslamazeri.az bir müddət öncə  İranın Cənubi Xorasan bölgəsinin icra başçısının sözləri ruhani və tələbələrin qəzəbinə tuş gəlməsilə bağlı İran Dövlətinin nəzarətində olan "Fars" agentliyinə istinadən xəbər yayımlamışdı.

Sosial şəbəkə səhifəmizdə bu xəbər xüsusi həssaslıqla qarşılanıb və bəzi facebook istifadəçiləri məlumatın dəqiq olub olmaması haqda şərhlərində bildiriblər.

İslamazeri.az məsələ ilə bağlı geniş xəbər hazırlamaq qərarına gəlib:

Ostandar nə deyib?

Cənubi Xorasanın icra başçısı (ostandar) Əliəkbər Pərvizi fevral ayının sonlarında incəsənət xadimləri ilə görüşdə ruhani və dindarları hiddətləndirən açıqlama verib. O açıqlamasında deyib: “Şimali Xorasanın camaatı şən insanlardır. Hər bir sahəd sazları, tarları, dəfləri var. Bizim bölgəmiz Baxtaranda kişilərin rəqs etməsi geniş surətdə yayılıb. Qadınların da rəqs etməsi üçün məkanlar var. Bütün bunlar çox da islama və müsəlmanlara zərbə yetirmir. Heç bir şəhərdə məkanların idarəsi üçün əlavə qüvvələr cəlb olunmayıb. Bun polis nəzarət etməlidir. Bu nə təfəkkürdür ki, bəziləri şəhər əhalisi üçün qarnizon düzəldiblər.” (Rajanews)

Ayətullah Xameneinin Cənubi Xorasandakı nümayəndəsi Ayətullah İbadi etiraz etdi...

O ruhanilərin təşkil etdiyi iclasda bildirib: “Cənubi Xorasanın anlayışlı və ayıq xalqına icra başçısının sözlərinə etiraz etdikləri üçün minnətdarıq! Cənubi Xorasan camaatı İmam Xomeyninin (r) “Bizim dinimizin önündə dursalar, biz də onların dünyalarının önündə duracağıq” sözlərinə söykənərək, icra başçısının sözlərinə etiraz ediblər. Bəziləri üçün qadın və kişilərin rəqs etməsinin fərqi yoxdur. Bu insanlar xalqın qüssəsinə şərik deyillər. Dinin əlifbasından xəbəri olmayanın din barədə fikir bildirməsi dünyanın harasında görülüb? Kişi və qadının rəqs etməsinin maneəsinin olmamasını bildirməyə nə ixtiyarı var? Sən dərs oxumusan ya müctehid olmusan ki, fətva verirsən? Siz dövlət məmurusunuz. Siz xalqın arasında ixtilaf yaradırsınız. Qəlblər ağrıyanda etiraz etmək lazımdır, sakit qalmaq olmaz!” (Mehrnews)

Cənubi Xorasan hövzəsinin rəhbəri açıqlama yaydı...

Cənubi Xorasan hövzəsinin rəhbəri höccətül-islam Möhsin Müşrifi də münasibət bildirib: “Dövlət məmurunun şəri hökmlərə qarşı çıxması qəbul olunmazdır. İcra başçısı 3 həftədir ki, şəhəri pis vəziyyətə qoyub. Buna görə camaat namazları, hövzə dərsləri tətil olub. İcra başçısı üzür istəmək niyyətində olsaydı bu günədək istəmişdi. Biz geri çəkilən deyilik. İcra başçısı sözlərinə görə cavab verməlidir. Ölkə məmurları şəhərə dərhal ciddi nəzarət etməlidir.” (Tasnimnews)

Mərcəi təqlid Ayətullah Vahid Xorasaninin adından etirazla bağlı bəyanat yayıldı (Farsnews) Lakin daha sonra Ayətullah Vahid Xorasaninin ofisi bu bəyanatı təsdiqləməyib: "Ayətullah uzma Vəhid Xorasani bu barədə heç bir fikir bildirməyib və yayılan sözlər ona aid deyil." (wahidkhorasani.com)


İranda Cənubi Xorasanın icra başçısının etiraza səbəb olan açıqlaması və... (ƏTRAFLI)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ən çox bahalaşan xidmətlər açıqlanıb - CƏDVƏL
    İstehlak səbətinə daxil olan xidmətlərdən aylıq ən çox qiymət artımı xaricə istirahət turlarında qeydə alınıb.
     26.04.2017
    İran: Trampın sözlərinə fikir vermək lazım deyil
    İran xarici işlər naziri ABŞ Prezidentinin bəyanatlarına münasibət bildirib.
     26.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ