EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:18.11.2019 10:23:49

İranda benzinin qiymətinin bahalaşmasına cümə günündən sonra etirazlar başlayıb

İslamazeri.com xəbər verir ki, İranda benzinin qiymətinin bahalaşmasına cümə günündən sonra etirazlar başlayıb. Etirazların fonunda fürsətçilər vətəndaş itaətsizliyinə başlayıblar. Dövlət orqanlarının binalarına, ordu və könüllü briqadaların mərkəzlərinə hücum ediblər. Hətta Şirazda dini hövzəyə də hücum edərək yanğın çıxarıblar.

Məlumata görə, ölən və yaralananlar var, yarı rəsmi İSNA xəbər agentliyi Sircan şəhəri rəhbərliyinə istinadən yazıb.

Cümə günü İranda benzinin qiyməti azı 50 faiz artıb. Benzinə dövlət subsidiyalarının aradan qaldırılmasından əldə olunan gəlirlər aztəminatlı ailələrə yardım etmək üçün xərclənəcək, hökumət bildirir. Etirazlar cümə günü benzinin satışı ilə bağlı yeni siyasət elan edildikdən bir neçə saat sonra başlayıb və şənbə günü bəzi şəhərlərdə davam edib.

Şənbə günü dövlət televiziyasına verdiyi müsahibə zamanı İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli xəbərdarlıq edib ki, "qanunsuz" hərəkətlər davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarının və təhlükəsizlik işçilərinin asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən "başqa bir yolu" qalmayacaq.

Əbdulrza Rəhmani-Fəzli, "hədə-qorxu və terror" mühiti yaratmaq məqsədiylə cəmiyyətin hazırkı əhval-ruhiyyəsindən "məhdud sayda" insanın sui-istifadə etməsini pisləyib.

FOTOLAR

İRNA dövlət xəbər agentliyinin yaydığı xəbər görə, cümə gününün axşamı İranın Sircan şəhərində "etirazçılar yanacaq anbarına hücum edib və onu yandırmağa çalışıblar".

Bir nəfər öldürülüb və yaralananlar var, yarı rəsmi İSNA xəbər agentliyi Sircan şəhəri rəhbərliyinə istinadən yazıb. 

Etirazlar Məşhəd, Bircand, Əhvaz, Qaçsaran, Abadan, Xoramşəhr, Məhşəhr, Şiraz, Bəndər Abbas və digər şəhərlərdə də baş qaldırıb, xəbərdə deyilir.

İranın ikinci böyük şəhəri olan Məşhəddə onlarla qəzəbli etirazçı avtomobillərini tərk edərək yolları bağlayıblar, AP xəbər agentliyi İranın dövlət mediasına istinadən bildirib.

Yeni qərara görə, hər bir sürücü ayda 60 litr benzini 15 000 riala (0.13 dollara) ala bilər. Bundan sonra əlavə hər litr 30 000 rial olacaq.

Buna qədər sürücülər ayda 250 litrə qədər benzini 10 000 riala ala bilirdilər, AP xəbər verir.

Benzinə subsidiyaların aradan qaldırılmasından əldə olunan gəlirlər az təminatlı ailələrə xərclənəcək, hökumət bildirir.

İran dünyada benzin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir.

İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei İranda benzin qiymətlərinin artırılması barədə qərarı dəstəklədiyini bildirib və təhlükəsizlik qüvvələrini vəzifələrini yerinə yetirməyə çağırıb. İran xəbər agentliklərinin verdiyi məlumata görə, parlament ali dini rəhbərin bu qərara dəstək verməsindən sonra benzinin bahalaşması haqda qərarın nəzərdən keçirilməsindən imtina edib. 


İranda benzin bahalaşmasına etiraz və iğtişaşlar- FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 2020-ci ildə milyonlarla cihaz “WhatsApp”sız qalacaq
    “WhatsApp” messenceri 2020-ci ildə dünya üzrə milyonlarla cihazda çalışmayacaq.
     10.12.2019
    Hizbullah hökümətin qurulması ilə bağlı son mövqeyini AÇIQLADI
    Livan Hizbullahının Mərkəzi Komissiyasının üzvü Şeyx Nəbil Kabuk Livandakı yeni kabinetlə bağlı açıqlama verib.
     10.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ