EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:16.09.2019 12:00:44

ABŞ dövlət katibi Mayk Pompeo İranı Aramcoya hücumda ittiham etməsinə İran XİN cavab verib

Yəmənin ordusu və xalq komitələrinin Ərəbistanın şərqində Aramko şirkətinin təsisatlarına qarşı hücumunun ardınca ABŞ dövlət katibi Mayk Pompeo İranı bu hücumlarda ittiham edib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran tərəfi bu ittihamları rədd edib.

Amerikanın maksimum təzyiqi maksimum yalana yönəlibdir. Amerikalı rəsmilərin kor-koranə və nəticəsiz ittihamları və fikir bildirmələri diplomatik çərçivədə dərkolunmaz və mənasızdır. Beynəlxalq əlaqələrdə hətta düşmənçilik bəsləmək də məntiqli çərçivələr və inandırıcılığın minimumuna malikdir ki, Amerika rəsmiləri bu minimumu da bilmirlər.", -deyə İran xarici işlər nazirliyinin sözçüsü Seyyid Əbbas Musəvi bildirib.

Musəvi sözlərinin davamında deyib: "Bu kimi fikirlər və addımlar daha çox məxfi və kəşfiyyat təşkilatlarının gələcəkdə addımlar atmağa zəmin yaratmaq istiqamətində ölkənin imicini pozmaq üzrə proqramlaşdırmalarına bənzəyir."

"Beş ilə yaxındır ki, səud koalisiyası Yəmənə qarşı ardıcıl təcavüzlər və müxtəlif hərbi cinayətlərlə bölgədə müharibə alovunu sönməyə qoymayıb", -  deyən İran xarici işlər nazirliyinin sözçüsü bildirib: "Yəmənlilər göstərdilər ki, müharibə və təcavüz qarşısında dayanırlar."

XİN rəhbəri Zərif də tvitter səhifəsində ABŞ-ın maksimum təzyiqlərini uğursuz adlandıraraq, Pompeonun açıqlamalarını dünya ictimaiyyətini "maksimum aldatma" adlandırıb.

"ABŞ və müştəriləri Yəməndə illuziyalardan ilişib qalıblar. İranı ittiham etmək fəlakətə son verməyəcək", -deyə Məhəmməd Cavad Zərif bildirib.


İran Aramconun vurulmasıyla bağlı ABŞ-ın ittihamalarını rədd etdi: Maksimum aldatmadır...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ziyafət Əsgərov: “Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil”
    Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar.
     22.10.2019
    Hacıbala Abutalıbov bundan sonra nə işlə məşğul olacaq?
    Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq
     22.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ