EURO 1,8594 TRY 0,2534
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:24.03.2020 11:24:03

Çörəklər və ərzaq paketləri imam Hüseynin (ə) məqbərəsinin qarşısında səhər saat 8-dən 13-ə qədər paylanılır

İslamazeri.com islam.az-a istinadən xəbər verir ki, İraqın Kərbəla şəhərindəki İmam Hüseyn (ə) ziyarətgah kompleksi də epidemiya ilə əlaqədar çətinliklər çəkən sakinlərə təmənnasız köməyə başlayıb. 

Belə ki, koronovirus pandemiyası ilə əlaqədar Kərbəla şəhərində komendant saatı elan edilməsi və ali mərcəiyyət ruhanilərinin hamını pandemiya ilə mübarizəyə qoşulmaq çağırışından sonra imam Hüseyn (ə) ziyarətgahının rəhbərliyi əhaliyə dəstək məqsədi ilə insanlara təmənnasız olaraq gündə 50 min baton çörək və digər zəruri ərzaq məhsullarından ibarət paketlərinin paylanılması haqqında sərəncam verib.

“Noun” informasiya agentliyinin xəbərinə görə, bunun üçün 10  çörəkxana ayrılıb. Qeyd edək ki, sözügedən çörəkxanalar 2014-cü ildə ayətullah Seyyid Sistaninin İŞİD işğalına qarşı verdiyi məlum fətvadan sonra inşa olunub. Çörəklər və ərzaq paketləri imam Hüseynin (ə) məqbərəsinin qarşısında səhər saat 8-dən 13-ə qədər paylanılır. Bir saatlıq fasilədən sonra proses yenidən bərpa edilir və axşam saat 21-ə qədər davam edir.  

Eyni zamanda bildirilib ki, imam Hüseyn (ə) hərəminə aid tibbi briqadalar koronovirus epidemiyasının yayılmasının qarşısını almaq üçün Kərbəla şəhəri ərazisində genişmiqyaslı dezinfeksiya və sterilləşmə kampaniyası həyata keçiriblər.

Bundan əlavə hərəmin nəzdində olan və bütün zəruri avadanlıqlarla təchiz edilmiş  5 böyük bina zəyarətgah rəhbərliyi tərəfindən karantinə alınanların yerləşdirilməsi üçün təmənnasız olaraq müddətsiz Kərbəla şəhər administrasiyasının və Səhiyyə nazirliyinin sərəncamına verilib.

Qeyd edək ki, hazırda Kərbəla şəhərində koronavirusa 13 yoluxma faktı qeydə alınıb. Kərbəlada martın 16-dan komendant saatı tətbiq edilib.


İmam Hüseyn (ə) ziyarətgahı koronovirusla mübarizədə insanların yanında - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Marneulidə qapı-qapı gəzib insanları koronavirus testindən keçirirlər
    Marneulidə qapı-qapı prinsipi ilə vətəndaşların yoxlanılması davam etdirilir.
     02.04.2020
    Koronavirusu vecinə almayan  - Belarus...
    Yeni növ koronavirus epidemiyasının geniş yayıldığı ərazilərdən biri olan Avropada hər gün çox ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edilməkdədir.
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ