1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:28.03.2020 11:39:42

Əsəd BƏƏ-nin Vəliəhd şahzadəsi Əl-Nəhyan telefonla danışıb

İslamazeri.com Suriyanın rəsmi xəbər agentliyi SANA-ya istinadən xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan ilə telefonla danışıb.

Məlumatda qeyd edilir ki, Suriya Prezidenti Bəşər Əsəd BƏƏ-nin vəliəhd şahzadəsi və eyni zamanda BƏƏ Ordusunun Ali Baş komandanının müavini Məhəmməd bin Zayed Əl-Nəhyanla koronavirusla bağlı telefonla danışıb.

Vəliəhd şahzadə bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Suriya xalqını bu cür kritik vəziyyətdə tək qoyan deyil.

BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl-Nəhyan da bu haqda özünün tvitter səhifəsində bildirib.

"Suriya prezidenti Bəşər Əsəd ilə COVID-19-a dair yenilikləri müzakirə etdim. Mən onu BƏƏ-nin dəstəyindən və Suriya xalqına kömək etməyə hazır olduğuna əmin etdim. Çətin zamanlarda humanitar həmrəylik hər şeydən üstündür, Suriya xalqı tək qalmayacaq.", -deyə o tvitterində qeyd edib.


İllər sonra; BƏƏ-nin vəliəhd şahzadəsi Bəşər Əsədə zəng etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda karantin rejimi və komendant saatı ləğv edildi
    Gürcüstanda yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
     23.05.2020
    Beynəlxalq Qüds Günü münasibətilə tele-mitinq keçirilib
    Beynəlxalq Qüds Günü münasibətilə 20-də çox İctimai Birlik və təşkilatın iştirakı ilə tele-mitinq proqramı təşkil edilib.
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ