اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Bugün: 16.09.2014, 20 Zülqədə 1435


İcra başçısının qardaşı oğlu Mingəçevirdə avtoxuliqanlığa görə həbs edildi

Yayım Tarixi: 16.07.2013 17:25
Kriminal
Yazı ölçüsü: büyüt küçült             

haber
Mingəçevir polisi avtoxuliqanlıq etdiyinə görə yüksək vəzifəli məmurun qohumunu saxlayaraq sənədlərini məhkəməyə təqdim edib

Trend Kanal S-ə istinadən məlumat verir ki, axşam saat 23:20 radələrində Mingəçevirdə avtoxuliqanlıq edən şəxs yaxalanıb. Polisə tabe olmayan şəxs avtomobili ilə birgə polis şöbəsində gecələməli olub.

Mingəçevirin Səməd Vurğun küçəsi və meydanında avtoxuliqanlıqla məşğul olan, Migəçevir şəhər sakini Babayev Yadigar Şahvəli oğlu idarə etdiyi "99-BH-045" dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə adıçəkilən küçədə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə yaradaraq, müxtəlif manevrlər edib və Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrlərinə tabe olmayıb.

Əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib. Faktla bağlı inzibati protokol tərtib olunub.

Saxlanılan sürücü polis şöbəsində gecələməli olub. Artıq onun barəsində tərtib edilən sənədlər hazırlanaraq Mingəçevir şəhər məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin builki məzunu olan Yadigar Babayev həm də Mingəçevir şəhərinin keçmiş icra başçısı, hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin qardaşı oğludur.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!





Son xəbərlər



Kateqoriyanın digər xəbərləri



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768