EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.11.2019 12:30:08

Honq Konqda tələbələr bazar ertəsi səhər saatlarında universitet şəhərciyində polislə toqquşub.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Honq Konqda tələbələr bazar ertəsi səhər saatlarında universitet şəhərciyində polislə toqquşub. Bu, beş ay əvvəl hökumət əleyhinə etirazların başlamasından bəri ən ciddi zorakılıq hadisəsi kimi qiymətləndirilir.

Polis qüvvələri bazar günü axşam Honq Konq Politexnik Universitetinin kampusunda reyd keçirib. Bir qrup tələbə burada bir həftədir özlərinə barrikadalar qurub.

Polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edərək, irəliləməyə başlayıb, lakin tələbələr polisə petrol bombaları atıb. Polisin zirehli maşını bütünlüklə alova bürünüb.

Polis qüvvələri daha sonra universitet şəhərciyini mühasirəyə alıb və tələbələrin oradan çıxması üçün bir neçə dəfə onlara son möhlət verib. Gecə yarıdan sonra isə polis qüvvələri onlara hücum edən etirazçılara atəş açılacağı barədə xəbərdarlıq edib.

Toqquşma nəticəsində ölüm halları barədə məlumat verilməyib. Amerikanın Səsi də daxil olmaqla, beynəlxalq medianı təmsil edən jurnalistlər universitetin kampusunda qalıblar. Bəzi jurnalistlər vəziyyət həll olunana qədər orada qalacaqlarını bildirib.

Honq Konqda nümayişlər iyun ayında şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb və bundan sonra demokratik islahatlar naminə geniş hərəkata çevrilib.

Altı aydır davam edən etirazların həcmi azalsa da, əsasən universitet tələbələrindən ibarət bir qrup etirazçı getdikcə daha çox aqressiv taktikaya əl ataraq, polislə toqquşmalar, ictimai və dövlət simvolllarının dağıdılması kimi hərəkətlərə cəlb olunur. Tələbələr bu taktikaları müdafiə edərək, bunun polis zorakılığı və hökumətin onların tələblərini qəbul etməkdən imtina etməsinə zəruri cavab olduğunu bildirir.


Honq Konq universitetində tələbələr və polis arasında toqquşma baş verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb
    Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     10.12.2019
    “Eurohome” Ticarət Mərkəzində yanğın - vertolyotlar cəlb edildi - VİDEO
    Xırdalan dairəsinə yaxın ərazidə yerləşən “Eurohome” Ticarət Mərkəzində yanğın baş verib.
     10.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ