1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:24.09.2019 11:46:46

"Hizbullah" hərəkatının lideri müxtəlif məsələlər barədə danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullah Səudiyyə Ərəbistanının “zorakı aksiyaları və onun regiondakı məğlubiyyətinə” işarə edərək bəyan edib ki, “Ali-Səud ailəsinin qurduğu rejim qocalıb və özünün son illərini yaşayır”.

Səudiyyə Ərəbistanının anti-Fələstin siyasəti, bu rejimin “Əsrin sazişini” dəstəkləməsi və Tramp qarşısında alçalması Səud hakimlərinin heybət və əzəmətini sual altına qoyan məsələlərdir”, - deyə o qeyd edib.

O, Səudiyyənin İrana qarşı düşmən mövqeyinə toxunaraq deyib ki, “bu düşmənliyin kökündə İranın müqavimət oxunu və Fələstini dəstəkləməsi durur”.

Səudiyyə İrandakı İslam İnqilabının ilk günlərindən Tehranla düşmənlik edir. Onlar müqavimət oxu ilə düşmənlik ediblər və etməyə də davam edirlər”, - deyə o əlavə edib.

İŞİD terror təşkilatının Suriya və İraqdakı cinayətləri barədə danışan Seyid Həsən Nəsrullah bildirib ki, İŞİD-çilər həmin ölkədəki cinayətlərini ABŞ və bəzi regional hakimiyyətlərin, ilk növbədə Səudəyyə Ərəbistanının dəstəyi ilə törədiblər.

“Hizbullah” və Fələstinin İsrail rejiminin təcavüz və cinayətlərinə verdiyi son cavablara işarə edən Seyid Həsən Nəsrullah əlavə edib ki, “müharibənin qaydaları dəyişib və müqavimət İsrail rejiminin təcavüzünə qətiyyətlə cavab verəcək”.

Sionistlər həmişə hücum və təcavüz mövqeyində olublar, lakin bu gün onlar öz qınlarında gizləniblər”, - deyə o qeyd edib.


“Hizbullah” lideri: Səudiyyənin ömrünə az qalıb! İsrail öz qınında gizlənib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ