1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.07.2020 11:10:52

" Şəhidlərimiz insanlarımızın qəlbində, ağlında torpaqların azad edilməsi istiqamətində bir rəmzə çevriləcək, tezliklə torpaqlar azad olunacaq.”

İslamazeri.com xəbər verir ki, bu sözləri Marneulinin İmam Hüseyn (ə) məscidinin İmamı Hacı Əziz Nəbiyev deyib.

"Bismillahir Rəhmanir Rəhim. Bu gözəl şüarın altında birləşmişik. Sülhə çağırış bu məntəqəmiz üçün çox zəruridir. Əgər Qafqazda, Gürcüstanda iqtisadi, əminamanlıq cəhətindən inkişaf istəyiriksə, insanları sülh şüarına dəvət etməliyik. İmam Rzanın (ə) bir fikrini diqqətinizə çatdırmaq istəyirəm. Həzrət buyurur ki, insanlar zəmanəni günahkar çıxarır, zəmanəni ən böyük eyb bilir, lakin zəmanənin ən günahkarı, ən eyblisi insanın tamahıdır, nəfsidir, insanın özüdür. İmam buyurur ki,  canavar başqa canlıları yesədə, digər canavarı yemir. Lakin insanlar bir-birilərinin qənimidirlər."

İlahiyyatçı Azərbaycan və Gürcüstanın işğala məruz qalmasını diqqətə çatdırıb: "Azərbaycan da Gürcüstanda işğala məruz qalıb. Ümid edirik ki, Qarabağ da azad olunsun, Abxaziya da azad olunsuz. Şəhid qanı tökülərkən yerdə qalmır, o vicdanlı, vətənpərvər insanların qanında cərəyan edir. Nə qədər ki, ədalət olmayacaq, sülh olmayacaqdır. İnsanlar ədaləti özünün əsas şüarı qərar verməlidirlər. Dünya, həmçinin Qafqaz xalqları əlaqələrini ədalət üzərində qurmalıdırlar ki, sülh, əminamanlıq olsun. Ümid edirəm ki,  Şəhidlərimiz insanlarımızın qəlbində, ağlında torpaqların azad edilməsi istiqamətində bir rəmzə çevriləcək, tezliklə torpaqlar azad olunacaq.”

Qeyd edək ki, dünən  Marneulidə yaşayan azərbaycanlılar Azərbaycana dəstək xarakterli aksiya təşkil edib.

Aksiya iştirakçıları əllərində “Qarabağa azadlıq!”, “Abxaziya, Osetiya Gürcüstandır!”, “Xocalıya ədalət”, “Azərbaycan var olsun, düşmənləri kor olsun!” və ingilis, gürcü dillərində plokatlar, həmçinin Gürcüstan, Azərbaycan bayraqları tutmuşdular.

Aksiyada həmçinin əslən Qardabanidən olan iyul döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin şəkililə üstündə “Bir ölər, min dirilərik!”, altında isə “Hamımız İlqarıq” şüarı yazılmış plokatın olması da diqqət çəkib. Aksiyanın əvvəlində şəhidlərin əziz ehtiramı 1 dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü, gürcüstanlı azərbaycanlıların milli qarantı olan Azərbaycanın həmişə yanında olduğunu bildiriblər.

Aksiyada “Bir ölərik min dirilərik!”, “Qarabağ üçün hamımız İlqarıq”, “Qarabağ üçün hamımız Mübarizik”, “Azərbaycan var olsun, düşmənləri yox olsun” şüarları səsləndiriblər.

Aksiyada Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, ilahiyyatçı alim Hacı Hacıyev, ÜGMADİ-nin rəhbəri Mirtağı Əsədov və başqaları çıxış ediblər.


Hacı Əziz Nəbiyev: Şəhidlərimiz rəmzə çevriləcək, torpaqlar azad olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD terrorçuları maşına partlayıcı quraşdırarkən partladılar
    Hadisə nəticəsində 5 terrorçu ölüb.
     28.09.2020
    Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi - VİDEO
    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb
     28.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ