EURO 1,915 TRY 0,2483
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:18.11.2019 12:27:17

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Qonşu ölkənin yanacaq idxalı illik müqayisədə 19,3 min ton və yaxud 2,1% azalıb.

İdxal olunan yanacağın 456,3 min tonu benzin, 434,6 min tonu isə dizel olub. Benzinin idxalında 1% artım, dizelin idxalında isə 5,2% azalma qeydə alınıb.

Bu ilin ilk 10 ayında Gürcüstan yanacağın böyük hissəsini Rusiyadan (274,6 min ton) tədarük edib.

Gürcüstan Ruminiyadan 243,3 min ton, Azərbaycandan 124,2 min ton, Türkmənistandan 103,7 min ton, Bolqarıstandan 77,9 min ton, Yunanıstandan 49,6 min ton, Türkiyədən isə 16 min ton benzin və dizel yanacağı tədarük edib. Hesabat dövründə Azərbaycandan alınan yanacağın qonşu ölkənin ümumi yanacaq idxalındakı payı 13,9% təşkil edib. 


Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020
    Bəhram Bağırzadə ayılıb - Xəstəxana
    Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ